Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
14 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
12272
31.01.2026, 00:31
Azərbaycanda 2025-ci ildə əhalinin banklarla aparılan nağd ABŞ dollar əməliyyatlarında əhəmiyyətli dəyişiklik qeydə alınıb. Belə ki, əhalidən banklara cəlb olunan nağd dolların həcmi onlara satılandan təqribən 318,2 milyon ABŞ dolları çox olub. Bu, əhalinin banklara nağd dollar axınının davam etdiyini göstərir və 2005-ci ildən etibarən aparılan rəsmi statistika üzrə indiyədək müşahidə olunan ən böyük əks istiqamətli axındır. Maraqlıdır ki, 2024-cü ildə vəziyyət tam əksinə idi. Həmin il banklardan əhaliyə 1 milyard 526,3 milyon ABŞ dolları məbləğində nağd dollar çıxışı qeydə alınmışdı.
Maraqlıdır, banklara dollar axınının artmasına səbəb nədir?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, baş verən proses devalvasiya gözləntiləri ilə bağlı deyil, əsas amil manatla depozit faizlərinin əhəmiyyətli dərəcədə artırılmasıdır:
"2025-ci ildə bir çox banklar manatla depozitlər üzrə illik faiz dərəcələrini 10 faizə qədər yüksəldib. Bu, dollarla depozitlərin maksimum 2–3 faiz gəlir gətirdiyi bir şəraitdə əhali üçün manatı daha cəlbedici edib. İnsanlar manatın məzənnəsinin uzun müddətdir sabit qalmasını da nəzərə alaraq riskin aşağı olduğunu düşünür və dollar vəsaitlərini manata çevirərək yüksək faizli depozitlərə yerləşdirməyə üstünlük verirlər".
Natiq Cəfərlinin sözlərinə görə, prosesə təsir edən ikinci mühüm faktor əhalinin gəlirlərində müşahidə olunan azalmadır:
"Bu səbəbdən bir çox ailələr ehtiyat məqsədilə saxladıqları, “yastıq altı” dollar vəsaitlərini xırdalayaraq gündəlik xərclərin ödənilməsinə yönəldirlər. Yəni dollar təkcə investisiya və ya yığım vasitəsi kimi deyil, eyni zamanda cari tələbatların qarşılanması üçün istifadə olunur. Beləliklə, həm manatla depozitlərin yüksək gəlirliliyi, həm də əhalinin maliyyə davranışındakı dəyişikliklər banklara nağd dollar axınının artmasını şərtləndirən əsas amillər kimi ön plana çıxır. Bu tendensiya eyni zamanda əhalinin manata olan etimadının mövcud vəziyyətdə qorunduğunu və qısa müddətli perspektivdə kəskin valyuta risklərinin gözlənilmədiyini də göstərir".
10:17 / 14 Noyabr 2026
1
09:59 / 14 Noyabr 2026
69
09:46 / 14 Noyabr 2026
78
09:30 / 14 Noyabr 2026
72
09:29 / 14 Noyabr 2026
100
09:23 / 14 Noyabr 2026
94
08:09 / 14 Noyabr 2026
1296
01:15 / 14 Noyabr 2026
162
00:40 / 14 Noyabr 2026
314
00:02 / 14 Noyabr 2026
1187
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
159
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
187
23:05 / 13 Noyabr 2026
153
23:02 / 13 Noyabr 2026
339
22:53 / 13 Noyabr 2026
165
22:49 / 13 Noyabr 2026
156
22:41 / 13 Noyabr 2026
157
22:36 / 13 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.