Gəncədə QƏZA: xəsarət alanlar var
23 Aprel 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
651
31.01.2026, 00:22
Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti “Xəstəliklər cədvəli” əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur.
Metbuat.az-ın məlumatına görə, I dərəcəli skoliozu olan şəxslər (Kobb bucağı 10 dərəcəyədək), eləcə də I və II dərəcəli kifozu olanlar (Kobb bucağı 50 dərəcəyədək) hərbi xidmətə yararlı hesab edilir. Uzanmış vəziyyətdə və ya başın dartılması zamanı düzələn, fəqərələrin rotasiyası olmayan qeyri-struktur (qamət) skoliozu da hərbi xidmətə maneə sayılmır.
II dərəcəli skolioz (11–25 dərəcə) ağrı sindromu və funksional pozuntu ilə müşayiət olunduqda şəxslər hərbi xidmətə məhdud yararlı hesab olunur. III dərəcəli skolioz (26–50 dərəcə) və döş qəfəsinin ifadə olunmuş deformasiyası olan hallar isə adətən hərbi xidmətə yararsız və ya məhdud yararlı kimi qiymətləndirilir. IV dərəcəli skolioz (50 dərəcədən çox), ağır deformasiya, tənəffüs çatışmazlığı və davamlı ağrı sindromu ilə müşayiət edildikdə şəxs hərbi xidmətə tam yararsız sayılır.
Həmçinin oxuyun
Funksional pozuntu yaratmayan, simptomsuz keçən və yalnız rentgen müayinədə aşkar edilən yüngül onurğa dəyişiklikləri, o cümlədən Şmorl yırtığı hərbi xidmətə çağırış üçün maneə hesab edilmir. Onurğa əyriliyi ilə bağlı yekun qərar yalnız əyrilik bucağına deyil, kliniki əlamətlərə, ağrı sindromunun davamlılığına və onurğanın funksional vəziyyətinə əsasən verilir.
22:57 / 23 Aprel 2026
28
22:45 / 23 Aprel 2026
35
22:34 / 23 Aprel 2026
37
22:14 / 23 Aprel 2026
325
22:09 / 23 Aprel 2026
55
22:03 / 23 Aprel 2026
36
21:58 / 23 Aprel 2026
36
21:55 / 23 Aprel 2026
32
21:53 / 23 Aprel 2026
98
21:51 / 23 Aprel 2026
132
21:45 / 23 Aprel 2026
61
21:39 / 23 Aprel 2026
56
21:37 / 23 Aprel 2026
670
21:27 / 23 Aprel 2026
178
21:16 / 23 Aprel 2026
166
21:00 / 23 Aprel 2026
214
20:34 / 23 Aprel 2026
197
20:26 / 23 Aprel 2026
125
20:00 / 23 Aprel 2026
93
19:49 / 23 Aprel 2026
75
19:33 / 23 Aprel 2026
91
19:17 / 23 Aprel 2026
106
19:09 / 23 Aprel 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.