Başçının işdən qovulmasının yeni TƏFƏRRÜATI
31 Yanvar 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
186
31.01.2026, 10:49
Azərbaycanda zəlzələlərin ən intensiv və dağıdıcı olduğu şəhərlərimizdən biri Şamaxıdır ki, burada 1859-cu il dekabrın 2-də 5.9 bal gücündə dağıdıcı zəlzələ baş verir və şəhəri yerlə-yeksan edir. Bu fəlakət nəticəsində 100-dən çox insan həlak olur, quberniya mərkəzi Bakıya köçürülür.
Xalq arasında geniş yayılan "Şamaxı batan kimi" ifadəsi məhz həmin bu dəhşətli zəlzələdən sonra yaranır və uzun illərdir ki, dilimizdə ən aktiv frazalarından birinə çevrilir.
Bu zəlzələdən bir il sonra, 1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərli bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı.
Nəhayət, bir gün Abix proqnozunu verdiyi qara gün gəlir.
Oxu24.com xəbər verir ki, 1902-ci il yanvar ayının 31- i Şamaxıda sonuncu ən dağıdıcı zəlzələ baş verir. 6.9 bal gücündə zəlzələ böyük dəhşətlərə səbəb olur.
Bəli, mənbələr bildirir ki, gündüz saat 12 radələrində elə bir zəlzələ baş verdi ki, bu antik şəhərimiz tamamilə dağıldı, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri ilə birgə yerlə yeksan oldu. Bütün qədimliyi ilə şəhər torpağın dərin qatlarına gömüldü. Həmin vaxt bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc edirdilər.
Məlumatlarda deyilirdi ki, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 çox sakini həlak oldu, minlərlə insan yaralandı. 20.000 nəfərədək əhali evsiz-eşiksiz qaldı, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan oldu. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb.
Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağıldı. Zəlzələdən sonra hökumət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlir. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapdı. Hal-hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.
Həmçinin oxuyun
Azərbaycanın böyük ürəkli messenant oğlu Zeynalabdin Tağıyev Şamaxı zəlzələsi zamanı bu şəhərin əhalisinə böyük köməklik göstərdi.
Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu.
1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü. Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.
Bu zəlzələ haqqında ən dəqiq məlumat, Şamaxı rayonunu tezliklə zəlzələdən sonra gəzmiş olan geoloq V. Veberin rus. "Şemaxinskoe zemletryasenie 31-qo yanvarya 1902 q." monoqrafiyasında verildi.
Xatırladaq ki, müqəddəs Qurani-Kərimdə "Zəlzələ” surəsi: Yer üzünün yükünü boşaltması. "Zəlzələ” "Quran”ın 99 - cu surəsidir və 8 ayədən ibarətdir:” Yer titrəyib lərzəyə gəldiyi zaman. Yer öz yükünü bayıra atacağı və insan: "Ona nə olub? " - deyəcəyi zaman , həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır”.
Əntiqə Rəşid
12:20 / 31 Yanvar 2026
1
11:51 / 31 Yanvar 2026
65
11:48 / 31 Yanvar 2026
28
11:02 / 31 Yanvar 2026
46
11:00 / 31 Yanvar 2026
40
10:40 / 31 Yanvar 2026
89
10:31 / 31 Yanvar 2026
1082
10:19 / 31 Yanvar 2026
836
09:37 / 31 Yanvar 2026
71
09:23 / 31 Yanvar 2026
169
09:19 / 31 Yanvar 2026
143
09:17 / 31 Yanvar 2026
155
09:07 / 31 Yanvar 2026
92
02:09 / 31 Yanvar 2026
227
01:11 / 31 Yanvar 2026
1167
01:00 / 31 Yanvar 2026
229
00:45 / 31 Yanvar 2026
130
00:34 / 31 Yanvar 2026
275
00:31 / 31 Yanvar 2026
1261
00:27 / 31 Yanvar 2026
126
00:22 / 31 Yanvar 2026
163
00:18 / 31 Yanvar 2026
278
00:11 / 31 Yanvar 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.