Autizmli uşaqlar bu səbəbdən doğulurmuş
03 Noyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
282
19.09.2026, 20:30
Müasir tibbin sürətli inkişafı sayəsində bir çox mürəkkəb ürək-damar xəstəliklərinin cərrahi müdaxilə olmadan müalicəsi artıq uğurla həyata keçirilir. Xüsusilə ürək qapağı çatışmazlığı kimi həyati təhlükə yaradan patologiyalar zamanı tətbiq edilən yeniliklər tibb aləmində mühüm irəliləyiş hesab olunur. Ənənəvi üsullarla müqayisədə xəstələr üçün daha az riskli olan bu yanaşmalar sağalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir. Ürək daxilindəki qan dövranını tənzimləyən qapaqların funksiyasının bərpası xəstənin ümumi vəziyyətinin stabilləşməsində əsas rol oynayır. Oxu24.com olaraq oxucularımız üçün bu mühüm prosedurun detallarını və onun həll yollarını araşdırmışıq.
Mövzu ilə əlaqədar ətraflı məlumat almaq üçün invaziv kardioloq Dr. Üzeyir Rəhimov müraciət etmişik. Həkim ürək çatışmazlığının mexanizmini və onun aradan qaldırılma üsullarını əyani şəkildə izah edib.
Ürək qapağı çatışmazlığı necə yaranır?
Dr. Üzeyir Rəhimov bildirib ki, ürəyin əzələ təbəqəsi və onun içindəki motor rolunu oynayan mexanizmlər qanı aorta damarına ötürür. Sol mədəciyə gələn qan sol qulaqcıqdan gəlir və onların arasında ikiqanadlı mitral qapaq yerləşir. Bu qapaqlar aralandıqda qan sol mədəciyə, ordan isə aortaya ötürülür.
Onun sözlərinə görə, ürək çatışmazlığı yarandıqda isə proses aşağıdakı kimi inkişaf edir:
•Ürək genişlənməyə (genişlənməyə) başlayır və daha çox qan qəbul edir.
•Yığıla bilməyən artıq qan təzyiqin aşağı olduğu sol qulaqciğa geri qayıdır.
•Mitral qapaqlar ürək böyüdüyü üçün bir-birindən aralanır və arada boşluq qalır.
•Qanın geriyə qayıtması nəticəsində ağciyərlərdə qan yığılır və bu da tənəffüs çətinliyinə (təngənəfəsliyə) səbəb olur.
Mütəxəssis qeyd edib ki, bu problemi həll etmək üçün xüsusi üsul – MitraClip metodu tətbiq olunur. Bu zaman xüsusi cihaz vasitəsilə qulaqcıqlar arası çəpərdən keçərək qapaqların aralanan hissələrini bir-birinə yapışdırmaq mümkündür.
•Metodun üstünlüyü: Cihaz geriyə qaçan qanı kəsir və ürək çatışmazlığı şikayətlərini əhəmiyyətli dərəcədə azaldır.
•Nəticə: Əməliyyatdan əvvəl geriyə qaçan qanın miqdarı çox olduğu halda, tətbiqdən sonra bu miqdar minimuma enir. Ciyərlərə qayıdan su azaldığı üçün xəstələrdə təngənəfəslik aradan qalxır.
Jalə
09:54 / 04 Noyabr 2026
1
09:52 / 04 Noyabr 2026
15
09:43 / 04 Noyabr 2026
33
09:31 / 04 Noyabr 2026
42
09:30 / 04 Noyabr 2026
40
09:25 / 04 Noyabr 2026
45
09:22 / 04 Noyabr 2026
82
09:12 / 04 Noyabr 2026
67
09:05 / 04 Noyabr 2026
302
09:00 / 04 Noyabr 2026
93
08:58 / 04 Noyabr 2026
90
08:58 / 04 Noyabr 2026
821
08:47 / 04 Noyabr 2026
97
05:10 / 04 Noyabr 2026
194
01:45 / 04 Noyabr 2026
1802
01:07 / 04 Noyabr 2026
328
00:56 / 04 Noyabr 2026
493
00:38 / 04 Noyabr 2026
634
00:30 / 04 Noyabr 2026
592
00:29 / 04 Noyabr 2026
247
00:18 / 04 Noyabr 2026
420
00:11 / 04 Noyabr 2026
245
00:10 / 04 Noyabr 2026
393
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.