Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda koronavirus  təhlükəsi varmı? - HƏKİM DANIŞIR

Azərbaycanda koronavirus  təhlükəsi varmı? - HƏKİM DANIŞIR

TİBB

155

03.11.2026, 00:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusun yeni mutasiya variantları yayılmaqda davam edir.

Qonşu İranda da yoluxmada artım var. Artıq ölüm faktları da qeydə alınır. Qeyd olunur ki, yayılan koronavirusun alt ştamı əvvəlkilərlə müqayisədə daha sürətlə ötürülür və yoluxmaya səbəb olur. Bəs bu vəziyyət Azərbaycan üçün də həyəcan təbili hesab oluna bilərmi?

Oxu24.com xəbər verir  ki,Xezerxeber.az-ın məlumatına görə,səhiyyə eksperti, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, koronavirus pandemiyası bitsə də, epidemiyası qalmaqdadır. Bu proses hələ bir müddət də davam edəcək.

Həkim-terapevt Gülnar Quliyeva bildirib ki, koronavirus və xüsusiyyətləri bizə pandemiyadan tanış olsa da risk həmişə qalmaqdadır.

Ekspertlərin fikrincə, omikron ştamının müxtəlif mutasiya variantları yayılmaqda davam edir və bunun nə vaxt sona çatacağı və ya qrip kimi hər il davam edəcəyini demək mümkün deyil. Hava- damcı yolu ilə yayılan infeksiya olduğu üçün istənilən ölkəyə yayılma ehtimalı hər zaman olacaq. Xüsusilə qonşu ölkələrdə yoluxma hallarının artması  epidemioloji vəziyyətin diqqətdə saxlanılmasını zəruri edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: