İrandan narahatlıqları artıran - Xəbərdarlıq
04 Noyabr 2026, 08:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
66
04.11.2026, 09:12
ABŞ-də keçirilən aralıq seçkilərin ilk nəticələri bəlli olmağa başlayıb.
Oxu24.com xəbər verir ki, “Associated Press” (AP) agentliyinin təqdim etdiyi qeyri-rəsmi nəticələrə əsasən, səsvermə məntəqələrinin bağlandığı ştatlarda Nümayəndələr Palatası üzrə ilk qaliblər artıq müəyyənləşib.
Açıqlanan son məlumatlara görə, Nümayəndələr Palatasında Demokratlar indiyədək 126 yer, Respublikaçılar isə 72 yer qazanıblar. Demokratlar Palatasının Azlıq Lideri Hakim Ceffris və konqresmen Aleksandriya Okasio-Kortez yenidən seçilərək mandatlarını qorumağı bacarıblar. Diqqətçəkən məqamlardan biri də əvvəllər Respublikaçıların nəzarətində olan 2 mandatın bu seçkilərdə Demokratların xeyrinə dəyişməsidir.
Qeyd edək ki, Nümayəndələr Palatasında mütləq səs çoxluğu qazanmaq və nəzarəti ələ almaq üçün partiyalardan birinin ən azı 218 yer əldə etməsi tələb olunur.
Xatırladaq ki, ABŞ-də keçirilən aralıq seçkilərdə ölkə vətəndaşları öz ştatlarında qubernatorları və digər yerli idarəetmə vəzifəli şəxslərini, həmçinin Konqresin Nümayəndələr Palatasındakı 435 yerin hamısını və Senatdakı 100 yerdən 35-ni seçirlər. Ölkənin seçki sisteminə əsasən, Nümayəndələr Palatasının 435 üzvünün hamısı hər iki ildən bir - növbə ilə prezident seçkiləri və aralıq seçkilər zamanı səsverməyə gedir. Altı illik müddətə seçilən 100 nəfərlik Senat üzvlərinin (senatorların) üçdə bir hissəsi də hər iki ildən bir yenidən seçilir.
***
İndiyə olan məlumatlara görə, Demokratlar Senatda 51, Respublikaçılar 39 yer, Nümayəndələr Palatasında Demokratlar 168, Respublikaçılar isə 104 yer qazanıblar.
09:52 / 04 Noyabr 2026
1
09:43 / 04 Noyabr 2026
28
09:31 / 04 Noyabr 2026
38
09:30 / 04 Noyabr 2026
39
09:25 / 04 Noyabr 2026
44
09:22 / 04 Noyabr 2026
80
09:05 / 04 Noyabr 2026
296
09:00 / 04 Noyabr 2026
91
08:58 / 04 Noyabr 2026
89
08:58 / 04 Noyabr 2026
821
08:47 / 04 Noyabr 2026
97
05:10 / 04 Noyabr 2026
193
01:45 / 04 Noyabr 2026
1784
01:07 / 04 Noyabr 2026
328
00:56 / 04 Noyabr 2026
493
00:38 / 04 Noyabr 2026
631
00:30 / 04 Noyabr 2026
584
00:29 / 04 Noyabr 2026
246
00:18 / 04 Noyabr 2026
415
00:11 / 04 Noyabr 2026
244
00:10 / 04 Noyabr 2026
392
23:58 / 03 Noyabr 2026
3661
23:50 / 03 Noyabr 2026
296
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.