Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
272
15.09.2026, 17:45
Ağciyər emfizeması tənəffüs sisteminin xroniki xəstəliklərindən biridir. Xəstəlik zamanı ağciyərlərdəki alveolların həcmi böyüyür, divarları nazikləşir və normal ağciyər toxuması öz funksiyasını itirir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Torakal cərrah Op. Dr. Fəyyaz Məmmədov bildirib ki, emfizemanın yaranmasına əsasən siqaret çəkmək və uzun müddət tozlu mühitdə nəfəs almaq kimi amillər təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin əsas əlamətlərindən biri təngənəfəslikdir. Ağciyər toxumasının funksiyasını itirməsi nəfəs çatışmazlığına səbəb ola və uzun müddətdə ürək-damar sisteminə də təsir göstərə bilər. Bu səbəbdən təngənəfəslik yaşayan şəxslərin pulmonoloqa müraciət etməsi və müayinədən keçməsi tövsiyə olunur:
“Emfizemanın digər təhlükəli fəsadlarından biri isə pnevmotoraksdır. Ağciyərdə yaranan bullaların, yəni hava ilə dolu boşluqların partlaması nəticəsində hava plevral boşluğa daxil ola və ağciyərin yığılmasına səbəb ola bilər. Bu zaman nəfəs alma çətinləşir və vəziyyət təcili tibbi müdaxilə tələb edir”.
Fəyyaz Məmmədov qeyd edib ki, pnevmotoraks zamanı plevral boşluğa drenaj qoyularaq hava xaric edilir və ağciyərin yenidən açılması təmin olunur. Lakin bu müdaxilə emfizemanın özünü aradan qaldırmır, əsasən onun yaratdığı fəsadı müalicə edir.
Həkimin sözlərinə görə, pnevmotoraks ən azı iki dəfə təkrarlanarsa, xəstəyə cərrahi əməliyyat təklif oluna bilər. Qapalı, yəni endoskopik üsulla aparılan əməliyyat zamanı ağciyərdəki kistalar rezeksiya edilir və plevrektomiya həyata keçirilir. Bununla ağciyərin döş qəfəsinin divarına yapışması təmin olunur və gələcəkdə pnevmotoraksın təkrarlanma riski azaldılır.
Nigar
00:21 / 03 Noyabr 2026
1
00:20 / 03 Noyabr 2026
12
00:15 / 03 Noyabr 2026
27
00:15 / 03 Noyabr 2026
32
00:06 / 03 Noyabr 2026
63
23:44 / 02 Noyabr 2026
60
23:39 / 02 Noyabr 2026
70
23:38 / 02 Noyabr 2026
43
23:37 / 02 Noyabr 2026
85
23:32 / 02 Noyabr 2026
76
23:28 / 02 Noyabr 2026
77
23:24 / 02 Noyabr 2026
74
23:19 / 02 Noyabr 2026
113
23:12 / 02 Noyabr 2026
84
23:05 / 02 Noyabr 2026
100
23:05 / 02 Noyabr 2026
96
22:55 / 02 Noyabr 2026
248
22:48 / 02 Noyabr 2026
199
22:44 / 02 Noyabr 2026
85
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
87
22:18 / 02 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.