Eyyubovun rəis olduğu qurumda əməliyyat: Vəzifəli şəxs TUTULDU
02 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
117
02.11.2026, 21:39
Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Oxu24.com-a Hərbi Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilib ki, son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir. Buna baxmayaraq çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.
Bildirilib ki, Hərbi Prokurorluq tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.
"Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur", məlumatda deyilir.
23:28 / 02 Noyabr 2026
12
23:24 / 02 Noyabr 2026
26
23:19 / 02 Noyabr 2026
29
23:12 / 02 Noyabr 2026
35
23:05 / 02 Noyabr 2026
62
23:05 / 02 Noyabr 2026
70
22:55 / 02 Noyabr 2026
94
22:48 / 02 Noyabr 2026
126
22:44 / 02 Noyabr 2026
67
22:27 / 02 Noyabr 2026
88
22:25 / 02 Noyabr 2026
86
22:22 / 02 Noyabr 2026
77
22:18 / 02 Noyabr 2026
84
22:09 / 02 Noyabr 2026
73
22:08 / 02 Noyabr 2026
81
22:06 / 02 Noyabr 2026
171
21:43 / 02 Noyabr 2026
1773
21:38 / 02 Noyabr 2026
76
21:30 / 02 Noyabr 2026
97
21:30 / 02 Noyabr 2026
122
21:19 / 02 Noyabr 2026
89
21:13 / 02 Noyabr 2026
83
21:13 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.