Yaxın Şərqin taleyi NECƏ OLACAQ?
02 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
224
02.11.2026, 22:55
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə baş tutacaq G20 sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq miqyasda artan siyasi nüfuzunun növbəti təsdiqidir. Bu mühüm diplomatik addım iki ölkə arasındakı münasibətlərin dərinləşdiyini və keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Mayami sammiti çərçivəsində aparılacaq müzakirələr regional və qlobal təhlükəsizlik, həmçinin iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu səviyyəli qlobal platformalara dəvət olunması onun regionun əsas geosiyasi və geoiqtisadi aktorlarından birinə çevrildiyini bir daha sübut edir. Ölkəmizin qlobal proseslərdəki bu fəal iştirakı Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri üçün də möhkəm zəmin yaradır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Donald Tramp administrasiyası həm birinci prezidentliyi dövründə (2017–2021), həm də 2024-cü ildə yenidən prezidentliyə seçildikdən sonra öz təsdiqini taparaq Azərbaycanla strateji tərəfdaşlığa hər zaman xüsusi üstünlük verib:
“Demokratların hakimiyyəti dövründə (istər Barak Obamanın, istərsə də Co Bidenin hakimiyyət illərində olduğu kimi) siyasətdə müəyyən təzyiqlər olsa da, Respublikaçı Donald Trampın dövründə Azərbaycana qarşı heç bir siyasi təzyiqlər və ya sanksiyalar həyata keçirilməyib, əksinə daim strateji əməkdaşlıq üstün tutulub.
Azərbaycanın tarixi qələbəsi olan və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi məhz Trampın prezidentliyi dövrünə təsadüf edib. Həmin vaxt Ağ Ev rəhbəri Azərbaycanın haqlı mübarizəsinə, öz ərazilərini işğaldan azad etməsinə mane olmayıb, məsələyə haqq mövqeyindən yanaşıb və sələflərindən fərqli olaraq əməliyyatların gedişində heç bir təzyiq siyasəti yürütməyib”.
Şərhçi qeyd edib ki, Trampın ikinci prezidentlik dövrü Azərbaycan üçün çox müsbət göstəricilərlə yadda qalmaqdadır.
Hakimiyyətə gəldikdən sonra Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin paraflanması məhz Vaşinqonda Donald Trampın vasitəçiliyi və iştirakı ilə baş tutub. Bu da ABŞ-nin indiki administrasiyasının ədalətli beynəlxalq hüquq prinsiplərinə və sülhün bərqərar olunmasına maraqlı olduğunu göstərir:
“Donald Tramp təkcə Qarabağ məsələsində deyil, digər beynəlxalq və regional məsələlərin həllində də Azərbaycanla münasibətlərin genişlənməsinə üstünlük verir. ABŞ Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyevin yaxın dostluğu, vaxtaşırı telefon söhbətləri və sıx təmasları ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzundan xəbər verir.
Trampın Azərbaycanı yaxın şərqdəki böhranın həlli üçün yaxın şərq sülh şurasına dəvət etməsi onun rəsmi Bakının və İlham Əliyevin siyasətinə inandığını və güvəndiyini bir daha nümayiş etdirib.
Azərbaycanla Ermənistanın sülhə yaxınlaşması, regionda sabitliyin bərqərar olması və post-münaqişə dövrünə qədəm qoyulması ABŞ ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün yeni mərhələ açır”.
Onun sözlərinə görə, ABŞ-nin birbaşa iştirakı ilə sülhə nail olunması istiqamətində atılan addımlar göstərir ki, ABŞ-nin Azərbaycana marağı hər gün artır.
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı, həmçinin Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirən nəqliyyat və enerji kommunikasiyalarının keçdiyi əsas logistik mərkəzə çevrilib. Ölkəmiz Mərkəzi Asiyaya açılan geosiyasi və geoiqtisadi qapı, platformadır. Eyni zamanda Çin və digər ölkələr üçün də Avropaya açılan tranzit məkandır.
Müşfiq Abdulla vurğulayıb ki, əvvəllər yalnız dünyanın iqtisadi cəhətdən ən böyük inkişaf etmiş 20 dövləti (fövqəldövlətləri) bu quruma daxil olurdu. Amma indi bu qurumun sıralarının genişlənməsi Azərbaycanın da kifayət qədər böyük çəkiyə malik orta gücə və inkişaf etmiş ölkəyə çevrildiyini, regional proseslərə təsirinin artdığını göstərir.
Mayamidə keçiriləcək G20 sammitində münaqişələrin həlli məsələsi də müzakirə olunacaq. Şərhçi diqqətə çatdırıb ki, əgər Ermənistanın baş naziri də ora dəvət edilsəydi, sammit çərçivəsində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması təklif oluna bilərdi. Lakin Ermənistan konstitusiyasına dəyişiklik edilmədən bu qeyri-mümkündür. Buna baxmayaraq, Mayami tədbirində Donald Trampla Azərbaycan Prezidentinin görüşü zamanı regionda yekun sülh müqaviləsinin imzalanması və sabitliyin təmin olunması məsələləri müzakirə olunacaq, Azərbaycan Prezidenti isə sülhə mane olan səbəbləri qarşı tərəfə bir daha ətraflı izah edəcəkdir.
Çimnaz Telmanqızı
00:06 / 03 Noyabr 2026
1
23:44 / 02 Noyabr 2026
46
23:39 / 02 Noyabr 2026
51
23:38 / 02 Noyabr 2026
24
23:37 / 02 Noyabr 2026
72
23:32 / 02 Noyabr 2026
64
23:28 / 02 Noyabr 2026
65
23:24 / 02 Noyabr 2026
67
23:19 / 02 Noyabr 2026
82
23:12 / 02 Noyabr 2026
76
23:05 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
90
22:48 / 02 Noyabr 2026
180
22:44 / 02 Noyabr 2026
82
22:27 / 02 Noyabr 2026
103
22:25 / 02 Noyabr 2026
97
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
99
22:09 / 02 Noyabr 2026
82
22:08 / 02 Noyabr 2026
92
22:06 / 02 Noyabr 2026
210
21:43 / 02 Noyabr 2026
1984
21:39 / 02 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.