Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - Video

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - Video

DÜNYA

95

02.11.2026, 23:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avstraliyanın Karrata şəhərindəki hava limanında “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

Oxu24.com  xəbər verir ki, bu haqda “PerthNow” portalı məlumat yayıb.

Hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər “Airbus A320-232” tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

“Qantas”ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. Qafqazinfo