Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Rusiya ilə sərhəd yaxınlığında xüsusi  təlim keçirəcək

Polşa Rusiya ilə sərhəd yaxınlığında xüsusi  təlim keçirəcək

DÜNYA

75

02.11.2026, 21:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

RMF24 radiostansiyasının məlumatına görə, Polşa Kalininqrad vilayəti ilə sərhədi qorumaq üçün yeni hərbi briqada yaradacaq.

Oxu24.com xəbər verir  ki,mövcud 4-cü Varmiya-Masuriya Ərazi Müdafiə Briqadası sərhəd müdafiə briqadasına çevriləcək.

Bölmə sərhəd ərazilərini izləmək və sərhədçilərə dəstək olmaqdan məsul olacaq və təhlükə yarandıqda müstəqil olaraq sərhəd müdafiəsinə cavabdeh olacaq.

Briqada komandiri polkovnik Sezari Kiskovyak yenidənqurmanın 2026-cı ilin sonuna qədər başa çatacağını açıqlayıb.

Bununla belə, o, tam döyüş hazırlığına çatmağın təxminən iki il çəkəcəyini əlavə edib.O, hərbçilərin sərhədçiləri əvəz etməyəcəyini və ya gündəlik sərhəd təhlükəsizliyi ilə məşğul olmayacağını vurğulayıb.

Briqadanın fəaliyyət göstərəcəyi Suvalki boşluğu Belarus və Kalininqrad vilayəti arasında təxminən 100 kilometrlik bir hissədir.

Avqustun sonlarında Polşanın Kalininqrad vilayəti yaxınlığında 28 Cənubi Koreya K2 tankı yerləşdirəcəyi bildirildi.

Jalə