Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
325
28.08.2026, 13:45
Uşaqların sağlam qidalanması valideynlərin hər zaman diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biridir. Lakin bəzən faydalı hesab edilən bəzi təbii qidalar uşaq orqanizmi üçün ciddi həyati təhlükəyə çevrilə bilər. Xüsusilə yazın sonu və yayın əvvəlində mövsümi olaraq bol istehlak edilən paxlalı tərəvəzlər bəzi irsi xəstəliyi olan uşaqlarda ağır fəsadlar yaradır. Qanın kəskin parçalanması ilə müşayiət olunan bu hal gözlənilmədən ortaya çıxaraq valideynləri böyük təşvişə salır. Həkimlər bildirirlər ki, orqanizmdə ferment çatışmazlığı olduğu zaman paxla qəbulu qan hüceyrələrinin məhvinə gətirib çıxarır. Bu xəstəlik daha çox irsi faktorlarla bağlı olduğundan xüsusi genetik xüsusiyyətləri ilə diqqət çəkir. Vaxtında müdaxilə edilmədikdə hətta ölümcül nəticələrə yol aça bilən bu təhlükəyə qarşı valideynlərin məlumatlı olması vacibdir. Mövzu ilə bağlı uşaq xəstəlikləri üzrə mütəxəssis tərəfindən təxirəsalınmaz xəbərdarlıq və tövsiyələr səsləndirilib.
Oxu24.com xəbər verir ki, mütəxəssis, pediatr-hematoloq dr. Mireldar Babayev paxlalı yeməklərin uşaq orqanizminə zərərləri və qanın parçalanması riski barədə xəbərdarlıq edib.
Həkim bildirib ki, paxla qəbulundan sonra qanın parçalanması baş verə bilər və bu hal xüsusilə mövsümlə əlaqədar olaraq yazın sonu, yayın əvvəlində daha çox təsadüf edilir:
"Son günlərdə uşaqların paxlalı aş və ya paxladan başqada qida kimi istifadə etməsindən sonra bu hal yaranıb. Valideynlər gözləmədiyi halda uşaqda rəngin saralması, göz qişasının saralması, sidiyin tündləşməsi və hemoqlobinin kəskin aşağı düşməsi müşahidə olunur”.
Dr. Mireldar Babayev xəstəliyin irsi xarakter daşıdığını və əsasən oğlan uşaqlarında rast gəlindiyini vurğulayıb:
"Bu, irsi qan xəstəliyidir və əsasən oğlan uşaqlarında olur. Qız uşaqlarında iki X xromosomu olduğuna görə onlar daha çox konduktor (daşıyıcı) olurlar və xəstəliyə çox nadir hallarda rast gəlinir. Yalnız hər iki X xromosomunda genetik defekt olduqda qızlarda da təzahür edə bilər, lakin praktika göstərir ki, oğlan uşaqlarında rastgəlmə tezliyi dəfələrlə yüksəkdir”.
Mütəxəssis valideynlərə təcili müraciət etməyi tövsiyə edib:
"Valideynlər hökmən nəzərə almalıdırlar ki, qanın belə parçalanması hətta həyatın sonuna — ölümə gətirib çıxara bilər. Belə hallarda təxirə salınmadan təcili hematoloqa müraciət edilməlidir”.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.