Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
223
26.08.2026, 14:45
Süd vəzi xəstəlikləri son illərdə qadınlar arasında ən çox rast gəlinən və kəskin təşviş yaradan sağlamlıq problemlərindən birinə çevrilib. Ultrasəs müayinəsi (USM) zamanı süd vəzində düyün və ya kütlə aşkar olunan bir çox pasiyent dərhal ən mənfi ssenariləri düşünərək psixoloji gərginlik yaşayır. Lakin mütəxəssislər bildirirlər ki, təyin edilən hər bir düyün heç də bədxassəli şiş, yəni xərçəng demək deyildir. Müasir tibb və təkmilləşdirilmiş cərrahi metodlar sayəsində hətta bədxassəli hallar zamanı belə süd vəzisini və onun estetik görüntüsünü tam qoruyub saxlamaq mümkündür. Bu səbəbdən mütəxəssis müayinəsini ləngitməmək, əsassız şübhə və qorxuların öhdəsindən gələrək dəqiq diaqnoza etibar etmək həyati əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a həkim-mütəxəssis Dr. Səməd Həsənli ətraflı məlumat verib:
“Süd vəzinizdə düyün tapıldıqda dərhal ən pis ssenariləri düşünüb özünüzü boş yerə qorxutmayın. Praktikamızda həkimə müraciət edən hər 10 pasiyentdən 8-i əlində bir ultrasəs müayinəsinin cavabı ilə gəlir və gözlərində böyük bir qorxu ilə 'Doktor, bu xərçəngdirmi?' sualını verir. Qadınlar bilməlidirlər ki, hər aşkar olunan düyün bədxassəli demək deyil. Xoşxassəli kistalar, fibroadenomalar və ya kistoz-fibroz dəyişikliklər tez-tez rast gəlinən hallardır”. Həkim bildirib ki, bədxassəli düyünlərin özünəməxsus kliniki və radioloji xüsusiyyətləri var ki, bunlar təcrübəli mütəxəssis tərəfindən asanlıqla differensiasiya olunur:
“Lakin diaqnoz bədxassəli olsa belə, bu, çarəsizlik demək deyil. Müasir tibbin inkişafı sayəsində süd vəzi xərçənglərində belə organqoruyucu (süd vəzi qoruyucu) cərrahi əməliyyatları uğurla icra edirik”.
Onun sözlərinə görə, süd vəzi qoruyucu cərrahiyyə vasitəsilə əməliyyatlar daha minimal kəsiklərlə həyata keçirilir. Bununla da orqanın estetik görüntüsü pozulmur və xanımlar istədikləri vizual nəticəni saxlamış olurlar. Yekun olaraq, pasiyentlər həm xəstəlik şübhəsindən tam azad olurlar, həm də estetik baxımdan heç bir itkiyə məruz qalmırlar. Nəticə etibarilə, özünüzü şübhələrə və qorxulara deyil, vaxtında qoyulmuş dəqiq diaqnoza etibar edin.
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.