Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
459
25.08.2026, 14:59
Müasir dövrdə öd kisəsi xəstəlikləri və xüsusilə öd daşı problemi əhalinin ən çox üzləşdiyi tibbi məsələlərdən biridir. Lakin son zamanlar sosial şəbəkələrdə və ictimaiyyət arasında öd kisəsindəki daşların guya "əməliyyatsız və lazerlə qırılması" və ya müxtəlif preparatlarla "əridilərək yox edilməsi" ilə bağlı yanlış və cəmiyyəti aldadan məlumatlar geniş yayılmaqdadır. Bir çox pasiyentlər cərrahi müdaxilədən qaçmaq və organdan məhrum olmamaq üçün elmi əsası olmayan, ciddi riski özündə əks etdirən təhlükəli üsullara üstünlük verirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, tibbi cəhətdən əsaslandırılmamış bu addımlar pasiyentin həyatı üçün böyük təhlükə mənbəyinə çevrilə bilər. Çünki öd kisəsindəki daşların düzgün müalicə olunmaması və ya nəzarətsiz kiçildilməsi ağır klinik fəsadlara, hətta təcili cərrahi müdaxilələrə yol açır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən həkim Dr. Səməd Həsənli pasiyentləri diqqətli olmağa çağıraraq bildirib ki, sağlamlıq üzərində təcrübələr aparmaq yolverilməzdir:
"Bizim pasiyentlərə tövsiyə etdiyimiz elmi sübut olunmuş və zərəri minimum olan müalicə üsullarıdır. Müasir tibbdə öd kisəsindəki daşları lazerlə qırmaq deyə bir üsul yoxdur. Bu daşları dərmanla əritmək də tövsiyə olunmur. Çünki kiçilmiş daşlar ana öd yoluna düşər, ciddi sarılığa və mədəaltı vəzin iltihabına (pankreatit) səbəb ola bilər”.
O qeyd edib ki, bu kimi hallarda ən müasir və güvənli üsul isə el dilində lazer dediyimiz laparoskopik yolla öd kisəsinin bədəndən uzaqlaşdırılmasıdır.
Həkim onu da əlavə edib ki, öd kisəsində daş olan şəxslər özbaşına müalicə üsullarından uzaq durmalı, ağrı və narahatlıq hiss etdikdə dərhal peşəkar cərrah-mütəxəssislərə müraciət etməlidirlər.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.