Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
241
25.08.2026, 14:25
Son illərdə sağlam qidalanma və vegetarian həyat tərzi geniş yayılsa da, ətsiz rasionun insan orqanizminə təsirləri barədə müzakirələr davam edir. Çox vaxt bitki mənşəli qidalara üstünlük verənlərin daha sağlam olduğu düşünülsə də, mütəxəssislər qandakı vacib göstəricilərin dəyişməsinə diqqət çəkirlər. Xüsusilə ət məhsullarından imtina edilməsi orqanizmdə dəmir elementi çatışmazlığına və hemoqlobin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Buna baxmayaraq, daxil olan digər qida maddələri sayəsində vegetarianların gündəlik həyat keyfiyyətini və fəallığını qoruyub saxlaması mümkündür. Cəmiyyətdə tez-tez müzakirə olunan bu mövzu ilə bağlı həkim rəyinə böyük ehtiyac duyulur.
Oxu24.com məsələnin tibbi tərəflərini öyrənmək üçün mütəxəssis görüşünü oxuculara təqdim edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-pediatr Dr. Mireldar Babayev vegetarianların qan göstəriciləri və həyat tərzi ilə bağlı fikirlərini tam olaraq belə ifadə edib:
"Vegetarianlarda, bitki ilə qidalanan insanlarda hemoqlobinin səviyyəsi nisbətən aşağı olacaq. 10, 20 və ya 30 qram/litrə qədər mütləq aşağı ola bilər. Nəyə görə? Çünki ət məhsullarını, yani belə deyək də, qana verən, rəngi verən bizim bədənə hemoqlobindir”.
Onun sözlərinə görə, Hemoqlobinin də rəng verən göstəricisi dəmirdir:
“Dəmir elementi ət məhsullarında daha çoxdur. Əslində elə ət məhsullarında olur. Bitki məhsullarında isə bunun faizi əhəmiyyətsiz dərəcədə aşağıdır.
Məz bu səbəbdən də iki müxtəlif qrup — dediyimiz kimi, bitki ilə qidalananlar və ətlə qidalananlar arasında hökmən və hökmən fərq olacaq”.
O qeyd edib ki, amma onların həyat keyfiyyətləri ikisində də eyni olacaq:
“Çünki onlar, məsələn, vegetarianlar elə qidalanmağa öyrəniblər. Amma o təkcə elə bitki yemir, o başqa məhsullardan da istifadə edir. Onda elə onun yoxsa hiç qanı yaranmazdı. Amma başqa məhsulların hesabına yaranan qan nisbətdə digərlərindən aşağı olur. Amma bütün həyat funksiyaları — oxumaları, durmaları, gəzməkləri — əlbəttə, hamısı demək olar ki, eyni səviyyədə olur”.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.