Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
223
25.08.2026, 13:47
Cəmiyyətdə geniş yayılan tibbi vərdişlərdən biri də qan analizlərinin mütləq ac qarına verilməsi ilə bağlıdır. İllərdir formalaşan bu yanaşma səbəbindən pasiyentlər səhər saatlarından günortayadək ac qalaraq klinikalarda uzun növbələrdə gözləməli olurlar. Lakin müasir tibbi araşdırmalar və ekspert rəyləri göstərir ki, bu qayda hər zaman özünü doğrultmur. Çünki insan gündəlik həyatını ac qarına yaşamır və ac qarına alınan nümayişlər orqanizmin real fəaliyyət mənzərəsini hər zaman tam əks etdirmir. Xüsusilə xolesterin kimi vacib göstəricilərin yoxlanılması zamanı ac və tox qarına verilən analizlər arasında ciddi fərqin olmadığı elmi şəkildə sübut olunub.
Mövzu ilə bağlı əhalini maraqlandıran suallara aydınlıq gətirmək üçün Oxu24.com mütəxəssis rəyini öyrənib.
Mövzu ilə bağlı Oxu24.com-a invaziv kardioloq Üzeyir Rəhimov məlumat verib.
Həkim-mütəxəssis bildirişində ac qarına analiz verməyin tərəflərinə diqqət çəkib:
"Əslində biz normal həyatımızı ac qarına yaşamırıq. Onun üçün ac qarına verilən analizlər hər zaman bizə həqiqəti göstərmir. Ayrıca pasiyentlərin səhərdən günortaya qədər ac qalıb xəstəxanalarda növbə gözləmələri heç də məntiqli bir şey deyil”.
Onun sözlərinə görə, aparılan elmi çalışmalar da ortaya qoyub ki, pasiyentlərin ac və ya tox qarına verdikləri xolesterin analizləri arasındakı fərq çox cüzidir:
“Onun üçün də pasiyentlərə xolesterin analizi üçün ac qalmağı məsləhət görmürük. Bunun bir istisnası var: endokrinoloqa müraciət edən şəkər xəstələri ac qarına gedib aclıq şəkərlərini yoxlada bilərlər. Ama digər analizlər — kardioloji analizləri nəzərdə tuturam — ac qalmağınıza gərək yoxdur”.
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.