Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
300
24.07.2026, 16:30
Insan bədənində hərəkət sərbəstliyini təmin edən əsas strukturlardan biri də oynaqlardır, lakin müxtəlif travmalar və xəstəliklər zamanı bu sistem ciddi zədələnə bilər. Xüsusilə bud-çanaq oynağında yaranan ağır patologiyalar və artrozlar insanların gündəlik həyat keyfiyyətini aşağı salır və hərəkət məhdudiyyətinə səbəb olur.
Belə hallarda müasir tibbin tətbiq etdiyi endoprotezləşmə əməliyyatları xəstələrə yenidən sağlam həyata qayıtmaq şansı qazandırır. Bu cür cərrahi müdaxilələr və onların incəlikləri barədə cəmiyyətdə hər zaman müxtəlif suallar səslənir və mütəxəssis rəyinə böyük ehtiyac duyulur. Məhz bu məqsədlə Oxu24.com növbəti maarifləndirici mövzunu oxucuların diqqətinə çatdırır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan Diaqnoz Tibb Mərkəzinin ortoped-travmatoloqu Dr. Zahid Səfərov endoprotezlə bağlı ən çox verilən sualları cavablandırıb.
Bud-çanaq oynağı protezi nədir?
Həkim bildirib ki, bud-çanaq oynağı protezi oynağın sıradan çıxmış, dağılmış, artroz olmuş və ya bəzi xəstələrdə çıxıq baş verən oynaq səthinin çıxardılaraq yerinə xüsusi materiallardan hazırlanmış protezin qoyulması əməliyyatıdır.
Protez hansı materiallardan hazırlanır və ömrü necədir?
Onun sözlərinə görə, bud-çanaq oynağı protezinin tərkibi əsasən kobalt və xromdan, aralarındakı hissə isə yüksək sıxlaşdırılmış polietilen materialından olur:
“Metal hissənin ömrü ömürlükdür, lakin aradakı polietilen zamanla yeyildiyi üçün bəzən protezi dəyişmək lazım gəlir.
Bəzən sümüyün aşınması nəticəsində protezin yerindən oynaması baş verir ki, bu hallarda da protezin dəyişdirilməsi tələb olunur”.
Protez əməliyyatı hansı yaşda olunmalıdır?
Ortoped qeyd edib ki, bud-çanaq oynağı protezi əməliyyatını maksimum gec etmək daha məsləhətdir və ortalama yaş həddi 65-65 yaş üzəridir. Lakin zərurət yaranan bəzi xəstələrdə, hətta 30 yaşında və ya uşaqlarda belə bu əməliyyat icra oluna bilir.
Əməliyyatdan sonra xəstə nə vaxt yeriyə bilər?
”Xəstələrin 99 faizi əməliyyatdan sonra səhəri gün və ya 1-2 gün ərzində ayağa qaldırılaraq yeridilir. Klassik protez əməliyyatından bir gün sonra xəstələrin ayağa qalxıb yeriməsi mümkündür.
Lakin bəzi sınıqlı cərrahi hallarda (məsələn, atsetabulum sınıqları) sümüklərin birləşməsini gözləmək tələb oluna bilər ki, bu da təxminən 4 həftə çəkir”,- deyə həkim bildirib.
Nigar
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.