Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev Kamboca Kralını təbrik edib 

İlham Əliyev Kamboca Kralını təbrik edib 

SİYASƏT

43

09.11.2026, 11:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Oxu24.com-un məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı bizi sevindirir. Bu yaxınlarda Baş nazir cənab Hun Manetin ölkəmizə rəsmi səfəri dövlətlərarası əlaqələrimizdə yeni səhifə açaraq əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırmışdır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Kamboca dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram".