Yüksək təzyiqə qarşı inqilabi kəşf
09 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
345
24.07.2026, 14:30
Süd vəzi müayinəsi multimodal müayinə olub, xəstənin yaşından, şikayətlərindən və ortaya çıxan klinik tapıntılardan asılı olaraq seçilir. 15-18 yaşından 30-35 yaşa qədər olan gənc xanımlarda heç bir şikayət olmadan ilkin olaraq ultrasəs müayinəsi (USM) həyata keçirilir. 35-40 yaşından etibarən ilkin olaraq mammoqrafiya müayinəsi keçirilir, ehtiyac yaranarsa köməkçi müayinə olaraq USM-dən istifadə olunur. Gənc xanımlarda süd vəzi toxumasının sıxlığı çox olduğuna görə mammoqrafiyanın informativliyi aşağı olur və bu səbəbdən USM-ə üstünlük verilir. Hamilə və süd verən qadınlarda da ultrasəs müayinəsindən istifadə edilir. Diaqnoz Tibb Mərkəzinin həkim-radioloqu Dr. Könül Məmmədova süd vəzi xəstəliklərinin müayinə metodları və onların düzgün seçilməsi barədə vacib açıqlamalar verib.
Onun sözlərinə görə, toxuma sıxlığı yüksək olan (C və D kateqoriyalı) 40-50 yaşlı xanımlarda əlavə məlumat əldə etmək üçün MRT müayinəsinə də ehtiyac yarana bilər:
”MRT müayinəsi rutin müayinə metodu deyildir və yalnız müəyyən göstərişlər əsasında müayinə zamanı təyin olunur.
Genetik olaraq ana tərəfindən və ya birinci dərəcəli ana qohumlarında süd vəzi xəstəlikləri müşahidə olunan xanımlar daha çox risk daşıyır.
Risk daşıyan həmin xanımlarda mammoqrafiya müayinəsinə daha erkən — 30 yaşından etibarən başlanmalıdır”.
K.Məmmədova qeyd edib ki, xəstələr bəzən yalnız ağrıyan süd vəzini yoxlatmaq istəsələr də, bu yanaşma tamamilə yanlışdır. Süd vəzi qoşa orqandır və müayinəyə gələrkən hər iki süd vəzi simmetrik şəkildə yoxlanılmalıdır:
“Təcrübədə ağrı olmayan qarşı süd vəzisində erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanan hallar mövcuddur”.
“Süd vəzi xərçəngi yaş tanımır, buna görə də illik müayinələr vaxtında və silsilə şəklində aparılmalıdır. Erkən diaqnoz həyat qurtarır və vaxtında aşkar olunan xəstəliklər 99-100% müalicə zəmanəti verir”,- deyə həkim əlavə edib.
16:06 / 09 Noyabr 2026
1
15:54 / 09 Noyabr 2026
136
15:49 / 09 Noyabr 2026
53
15:47 / 09 Noyabr 2026
87
15:45 / 09 Noyabr 2026
112
15:40 / 09 Noyabr 2026
146
15:34 / 09 Noyabr 2026
64
15:23 / 09 Noyabr 2026
86
15:13 / 09 Noyabr 2026
97
15:05 / 09 Noyabr 2026
446
15:00 / 09 Noyabr 2026
112
14:58 / 09 Noyabr 2026
91
14:55 / 09 Noyabr 2026
108
14:42 / 09 Noyabr 2026
97
14:37 / 09 Noyabr 2026
93
14:29 / 09 Noyabr 2026
435
14:22 / 09 Noyabr 2026
239
14:17 / 09 Noyabr 2026
107
14:06 / 09 Noyabr 2026
1229
14:04 / 09 Noyabr 2026
129
13:44 / 09 Noyabr 2026
917
13:21 / 09 Noyabr 2026
141
13:11 / 09 Noyabr 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.