Narkoz altında xəstə hər şeyi eşidə bilərmi?
18 Avqust 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
465
15.07.2026, 11:40
Bağırsaq xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, vaxtında müayinə və erkən diaqnoz bu xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə qırmızı ətin həddindən artıq istehlakı, bağırsaq polipləri və xərçənglə bağlı cəmiyyətdə dolaşan miflər insanlarda ciddi narahatlıq yaradır.
Oxu24.com-a açıqlama verən ümumi cərrah Zümrüd Əliyeva bildirib ki, aparılan beynəlxalq araşdırmalar qırmızı ətin həddindən artıq qəbulunun yoğun bağırsaq polipləri və bağırsaq xərçəngi riskini artırdığını göstərir.
Onun sözlərinə görə, qırmızı ətin tamamilə qadağan olunmasına ehtiyac olmasa da, istehlak miqdarına ciddi nəzarət edilməlidir.
"Həftə ərzində təxminən 200 qramdan artıq qırmızı ət istehlakı bağırsaq poliplərinin və yoğun bağırsaq xərçənginin yaranma riskini artıra bilər. Bu baxımdan qidalanmada balansın qorunması olduqca vacibdir. Meyvə, tərəvəz, lifli qidalar və kifayət qədər su qəbulu bağırsaq sağlamlığının qorunmasına kömək edir", – deyə cərrah bildirib.
Zümrüd Əliyeva qeyd edib ki, bir çox xəstələrdə polip götürüldükdən sonra artıq təhlükənin tam keçdiyi barədə yanlış fikir formalaşır. Halbuki bu yanaşma doğru deyil.
"Poliplər xoşxassəli törəmələr hesab olunsa da, onların müəyyən növləri zaman keçdikcə bədxassəli şişə çevrilə bilər. Məhz buna görə polip aşkar edilən xəstələr mütəmadi nəzarətdə saxlanılmalı, həkimin təyin etdiyi vaxtlarda kolonoskopiya müayinəsindən keçməlidirlər. Polip çıxarıldıqdan sonra belə profilaktik müşahidə davam etməlidir", – deyə o vurğulayıb.
Cərrahın sözlərinə görə, yaş amili də bağırsaq xərçəngi baxımından mühüm risk faktorudur.
"50 yaşdan sonra yoğun bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən həmin yaşdan etibarən, hətta heç bir şikayət olmasa belə, profilaktik kolonoskopiya müayinəsinin aparılması tövsiyə olunur. Ailəsində bağırsaq xərçəngi olan şəxslərdə isə bu müayinələrə daha erkən yaşlarda başlamaq məqsədəuyğundur", – deyə Zümrüd Əliyeva bildirib.
Mütəxəssis cəmiyyətdə geniş yayılmış "xərçəngə bıçaq dəysə yayılar" fikrinin də həqiqəti əks etdirmədiyini bildirib.
"Bu, tibbi baxımdan təsdiqini tapmayan bir mifdir. Müasir onkologiyada cərrahi əməliyyat xərçəngin əsas müalicə üsullarından biridir. Əməliyyatın düzgün mərhələdə və müasir tibbi protokollara uyğun aparılması xəstənin sağalma şansını artırır. Xərçəngin yayılmasına səbəb əməliyyat deyil, xəstəliyin özünün bioloji xüsusiyyətləridir", – deyə cərrah qeyd edib.
Onun sözlərinə görə, xüsusilə düz bağırsağın orta və aşağı hissəsində yerləşən şişlərdə müalicə planı fərdi qaydada müəyyən edilir.
"Belə hallarda xəstəni birbaşa əməliyyata göndərmək hər zaman düzgün yanaşma hesab olunmur. Bir çox pasiyentlərdə əvvəlcə şüa terapiyası və ya kimyaterapiya tətbiq edilir, yalnız bundan sonra cərrahi müdaxilə planlaşdırılır. Müalicə ardıcıllığı şişin yerləşməsindən, ölçüsündən və yayılma dərəcəsindən asılı olaraq müəyyən edilir", – deyə Zümrüd Əliyeva izah edib.
Cərrah bildirib ki, bağırsaq xərçəngi artıq əvvəlki illərdə olduğu kimi ümidsiz xəstəlik hesab edilmir.
"Bu gün müasir diaqnostika üsulları, cərrahi texnologiyalar, kimyaterapiya və hədəfli müalicə metodları sayəsində bağırsaq xərçənginin müalicəsində uğurlu nəticələr əldə edilir. Xəstəlik erkən mərhələdə aşkar olunduqda tam sağalma ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də 'xərçəng diaqnozu ölüm hökmüdür' düşüncəsi tamamilə yanlışdır", – deyə o bildirib.
Mütəxəssis sonda vətəndaşlara sağlam qidalanmağa, qırmızı ət istehlakını normada saxlamağa, mütəmadi fiziki aktivliyə üstünlük verməyə və profilaktik müayinələri gecikdirməməyə çağırıb. Onun sözlərinə görə, bağırsaq xərçəngi erkən aşkarlanarsa, əksər hallarda uğurla müalicə oluna bilən xəstəliklər sırasındadır.
Jalə
22:02 / 18 Avqust 2026
28
21:50 / 18 Avqust 2026
32
21:29 / 18 Avqust 2026
35
21:21 / 18 Avqust 2026
55
21:20 / 18 Avqust 2026
63
21:16 / 18 Avqust 2026
51
20:34 / 18 Avqust 2026
59
20:08 / 18 Avqust 2026
65
19:50 / 18 Avqust 2026
69
19:45 / 18 Avqust 2026
130
19:19 / 18 Avqust 2026
64
19:07 / 18 Avqust 2026
78
18:38 / 18 Avqust 2026
138
18:17 / 18 Avqust 2026
80
18:06 / 18 Avqust 2026
99
17:55 / 18 Avqust 2026
93
17:40 / 18 Avqust 2026
101
17:25 / 18 Avqust 2026
101
17:10 / 18 Avqust 2026
101
16:51 / 18 Avqust 2026
71
16:45 / 18 Avqust 2026
129
16:30 / 18 Avqust 2026
82
16:15 / 18 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.