Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
550
14.07.2026, 13:21
Müasir həyat tərzi insanların qidalanma vərdişlərini ciddi şəkildə dəyişdirib. Yemək zamanı bol su içmək, eyni anda bir neçə növ qida qəbul etmək, deserti əsas yeməyin davamı kimi yemək artıq bir çox ailələrdə adi vərdişə çevrilib. Halbuki mütəxəssislər bildirirlər ki, bu cür yanlış qidalanma qaydaları zaman keçdikcə həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə, artıq çəki, köp, mədə narahatlığı və müxtəlif həzm problemlərinə səbəb ola bilər.
Həkim-dietoloq və nutrisoloq Jalə Yaqubova Oxu24.com-a açıqlamasında bildirib ki, yemək zamanı həddindən artıq su və digər içkilərin qəbulu mədənin normal fəaliyyətinə müəyyən mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, yemək qəbul edilərkən çox miqdarda maye içilməsi mədə şirəsinin konsentrasiyasını müəyyən qədər azalda və həzm prosesini ləngidə bilər.
"Yemək zamanı paralel şəkildə çoxlu su və ya digər içkilərin qəbulu həzm prosesini müəyyən qədər çətinləşdirə bilər. Bu, mədə turşuluğunu nisbətən seyrəldir və qidanın parçalanması üçün lazım olan təbii prosesə əlavə yük yaradır. Təbii ki, bu o demək deyil ki, insan boğulduqda və ya özünü narahat hiss etdikdə su içməməlidir. Belə hallarda su içmək normaldır. Söhbət yalnız vərdiş halına çevrilmiş həddindən artıq maye qəbulundan gedir", – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, yemək zamanı çoxlu maye qəbul etmək mədənin həcmini genişləndirə və insanda daha çox qida qəbul etmək istəyi yarada bilər.
"İnsan yemək zamanı davamlı şəkildə su və ya müxtəlif içkilər qəbul etdikdə mədə həm qida, həm də maye ilə dolur. Zamanla bu, mədənin genişlənməsinə səbəb ola bilər. Nəticədə insan əvvəlkindən daha çox yeməyə meyilli olur və toxluq hissi gec yaranır. Bu isə artıq çəki riskini artıran amillərdən biridir", – deyə o vurğulayıb.
Jalə Yaqubova bildirib ki, müasir dövrdə sosial şəbəkələr və restoran mədəniyyəti insanların qidalanma davranışını da dəyişib.
"Son illərdə insanlar bir masa arxasında çoxsaylı yeməkləri birlikdə qəbul etməyə öyrəşiblər. Əvvəlcə müxtəlif qəlyanaltılar sifariş edilir, daha sonra əsas yemək, ardınca isə mütləq desert qəbul olunur. Bu model artıq bir çox ailələrdə də təkrarlanır. Halbuki orqanizmin buna ehtiyacı olmaya bilər", – deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, eyni süfrədə çox müxtəlif qidaların olması insanların fərqinə varmadan normadan artıq kalori qəbul etməsinə səbəb olur.
"Masada yalnız bir əsas yemək olmur. Müxtəlif pendirlər, souslar, qəlyanaltılar, xəmir məhsulları və şirniyyatlar birlikdə təqdim edilir. Məsələn, pendir kifayət qədər qidalı məhsuldur və bəzi hallarda yumurtanı əvəz edə bilər. Amma insanlar onu əlavə qəlyanaltı kimi əsas yeməyin yanında da qəbul edirlər. Beləliklə, həm yağ, həm də kalori miqdarı fərqinə varmadan xeyli artır", – deyə dietoloq bildirib.
Jalə Yaqubova hesab edir ki, sağlam qidalanmanın əsas prinsiplərindən biri porsiya nəzarəti və sadə qida seçiminə üstünlük verməkdir.
"Orqanizmə lazım olan qədər yemək, yeməyi tələsmədən qəbul etmək, süfrədə lazımsız müxtəliflik yaratmamaq və yemək zamanı həddindən artıq maye qəbulundan çəkinmək həzm sisteminin sağlam işləməsinə kömək edir. Sadə görünən bu qaydalar uzunmüddətli perspektivdə həm mədə-bağırsaq sağlamlığını qoruyur, həm də artıq çəki və metabolik problemlərin qarşısının alınmasına kömək edir", – deyə mütəxəssis əlavə edib.
Sonda həkim-dietoloq vətəndaşlara gündəlik qidalanma vərdişlərinə diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, sağlam qidalanma yalnız nə yediyimizlə deyil, qidanı necə və hansı qaydada qəbul etdiyimizlə də birbaşa bağlıdır. Buna görə də düzgün qidalanma mədəniyyətinin formalaşdırılması gələcək sağlamlıq üçün ən vacib addımlardan biridir.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.