Bağırsaqların xeyirli mikroflorasını bərpa edən QİDALAR
07 İyul 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
78
08.07.2026, 12:00
Axşam saatlarında ağır və həddindən artıq qidalanmanın ürək-damar sağlamlığına təsiri barədə müxtəlif fikirlər səsləndirilir. Bəs doğrudanmı gec saatlarda çox yemək ürək üçün təhlükəlidir?
Kardioloq İslam Əziz Oxu24.com-a açıqlamasında bildirib ki, bu vərdiş xüsusilə ürək xəstəliyi olan insanlar üçün ciddi risk yarada bilər.Axşam saatlarında həddindən artıq yemək orqanizmdə bir sıra fizioloji dəyişikliklərə səbəb olur və ilk növbədə ürəyin iş yükünü artırır:“Qəbul etdiyimiz qidalar mədə və bağırsaqlarda həzm olunarkən həmin orqanlara daha çox qan axını tələb olunur. Bu isə ürəyin daha intensiv işləməsinə səbəb olur. Sağlam insanlarda bu proses ciddi problem yaratmasa da, ürək çatışmazlığı olan və ya ürəyin yığılma funksiyası zəif olan xəstələrdə vəziyyət fərqli ola bilər. Xüsusilə ürəyin atım fraksiyası 30 faizdən aşağı olan pasiyentlərdə axşam çox yemək ürəyin əlavə yüklənməsinə səbəb olur”
İslam Əzizin sözlərinə görə, həddindən artıq dolmuş mədə diafraqmanı yuxarı doğru sıxır. Diafraqmanın üzərində isə ağciyərlər və ürək yerləşdiyi üçün bu təzyiq nəfəs alma prosesinə də mənfi təsir göstərir:“Pasiyentlər bəzən axşam yeməyindən sonra təngnəfəslik, nəfəs darlığı, sinədə sıxılma hissi və boğulma kimi şikayətlərlə üzləşirlər. Bunun səbəblərindən biri məhz dolu mədənin diafraqmanı sıxmasıdır. Nəticədə həm ağciyərlərin normal genişlənməsi çətinləşir, həm də ürəyin işi ağırlaşır"
Həkim əlavə edib ki, axşam həddindən artıq yemək reflüks xəstəliyini də gücləndirə bilər. Mədənin həddindən artıq dolması vagus sinirini qıcıqlandırır və mədə turşusunun qida borusuna qayıtmasına şərait yaradır.Belə hallarda insanlar sinə nahiyəsində yanğı, turş gəyirmə, ağızda acı dad, boğazda qıcıqlanma və bəzən ürək ağrısına bənzər narahatlıq hiss edə bilərlər. Bu əlamətlər bəzən infarkt ağrısı ilə qarışdırılır və pasiyentlərdə ciddi narahatlıq yaradır.Xüsusilə gecə yatmazdan əvvəl ağır qidalar qəbul edən insanlarda vəziyyət daha da ağırlaşa bilər.
“Yuxu zamanı mədənin dolu olması gecə nəfəs darlığına, boğulma hissinə, yuxudan qəfil oyanmalara və ürək döyüntülərinin sürətlənməsinə səbəb ola bilər. Ürək çatışmazlığı olan xəstələrdə isə bu hallar daha ciddi fəsadlarla nəticələnə bilər”, – deyə İslam Əziz vurğulayıb.
Həkim sağlam qidalanma ilə bağlı bir sıra tövsiyələr də verib. Onun sözlərinə görə, axşam yeməyi yüngül olmalı, porsiyalar həddindən artıq böyük seçilməməli və son qida qəbulu yatmazdan ən azı 3–4 saat əvvəl başa çatdırılmalıdır.
“Axşam saatlarında duzlu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Çünki artıq duz orqanizmdə maye toplanmasına səbəb olur və bu da ürək çatışmazlığı olan insanlarda ödemin və təngnəfəsliyin artmasına gətirib çıxarır. Həmçinin gecə saatlarında həddindən artıq maye qəbul etmək də ürəyin işini çətinləşdirə bilər”, – deyə həkim bildirib.
İslam Əziz qeyd edib ki, əgər axşam yeməyindən sonra və ya gecə saatlarında sinədə yanğı, nəfəs darlığı, boğulma hissi, ürəkdöyünmənin sürətlənməsi, soyuq tər, arterial təzyiqin kəskin dəyişməsi və ya sinədə sıxıcı ağrılar yaranarsa, bunu adi həzmsizlik kimi qiymətləndirmək düzgün deyil.
“Bu əlamətlər həm reflüksün, həm də ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək vacibdir. Erkən diaqnostika ürək xəstəliklərinin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır”, – deyə kardioloq bildirib.
Nigar
14:13 / 08 İyul 2026
1
13:15 / 08 İyul 2026
65
13:00 / 08 İyul 2026
56
12:35 / 08 İyul 2026
95
12:22 / 08 İyul 2026
79
12:16 / 08 İyul 2026
76
12:12 / 08 İyul 2026
91
12:10 / 08 İyul 2026
64
12:06 / 08 İyul 2026
78
11:53 / 08 İyul 2026
77
11:40 / 08 İyul 2026
84
11:30 / 08 İyul 2026
80
11:28 / 08 İyul 2026
87
11:24 / 08 İyul 2026
88
11:20 / 08 İyul 2026
724
11:14 / 08 İyul 2026
490
10:58 / 08 İyul 2026
94
10:57 / 08 İyul 2026
82
10:36 / 08 İyul 2026
87
10:23 / 08 İyul 2026
94
10:11 / 08 İyul 2026
94
10:08 / 08 İyul 2026
88
09:56 / 08 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.