Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
613
08.07.2026, 12:35
2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının, bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib.
Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki təlimlər və taktiki-xüsusi təlimlər, döyüş atışları keçirilib, təminat tapşırıqları praktiki olaraq işlənib.
Taktiki fəaliyyətlər Vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq icra edilib, Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının, praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirib.
Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib.İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirib. Təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyi və təlimin məqsədlərinə nail olunduğu qeyd edilib.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.