İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
632
07.07.2026, 22:25
Ermənistanda fəaliyyət göstərən beş aparıcı müxalif siyasi qüvvə — “Güclü Ermənistan”, “Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi” və “” hakimiyyətə qarşı birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Siyasi koalisiyanın əsas hədəflərindən biri Nikol Paşinyan hökumətinin ölkə Konstitusiyasına etmək istədiyi dəyişikliklərin qarşısını almaqdır.
Bu addım rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri — Ermənistanın əsas qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi tələbi fonunda regionda rezonans doğurub. Mövzunu şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, müxalifətin bu cür vahid mövqe nümayiş etdirməsi sülh danışıqları qarşısında ciddi siyasi maneələr yarada bilər.
Onun fikrincə, İrəvanın daxili siyasi mübarizəni bəhanə edərək hüquqi islahatlardan yayınması regionda davamlı sabitliyin əldə olunmasını reallıqdan uzaqlaşdırır.
Konstitusiya dəyişikliyi niyə başlıca şərtdir?
Politoloq bildiri ki, Azərbaycan üçün sülh prosesində ən prinsipial məqam sadəcə növbəti bir sənədin imzalanması deyil, Ermənistanın gələcəkdə yenidən ərazi iddiaları ilə çıxış etməyəcəyinə dair hüquqi və siyasi təminat almasıdır:
“Əgər Ermənistanın Konstitusiyasında və digər hüquqi-aktiv sənədlərində Azərbaycana qarşı iddia kimi yozula biləcək müddəalar qalarsa, bu, gələcəkdə hakimiyyətə gələ biləcək istənilən qüvvəyə sülh sazişini qüvvədən salmaq üçün hüquqi zəmin yaradacaq”.
Züriyə Qarayeva qeyd edir ki, Ermənistan müxalifətinin bu koalisiyası Paşinyan hakimiyyəti üzərində daxili təzyiqi maksimum dərəcəyə çatdırır. Bu vəziyyət İrəvanın danışıqlarda daha ehtiyatlı və qeyri-konstruktiv davranmasına rəvac verir:
“Lakin yaranmış mənzərə həm də Ermənistan cəmiyyətinin sülhə nə dərəcədə hazır olduğunu göstərən mühüm bir sınaqdır. İrəvanın daxili gərginliyi bəhanə edərək prosesi uzatması Bakı ilə qarşılıqlı etimad mühitinə zərbə vurur.
Konstitusiya islahatlarının bloklanması sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə sala bilər. Hüquqi müstəvidə iddiaların qalması regionda gərginliyin hər an yenidən alovlanması riskini saxlayır”.
Sonda politoloq əlavə edib ki, əgər Ermənistan tərəfi daxili siyasi çəkişmələri bəhanə gətirərək fundamental dəyişikliklərdən imtina edərsə, bu, regionda onilliklər boyu gözlənilən davamlı və ədalətli sülhün əldə olunmasını ciddi şəkildə çətinləşdirəcək.
Çimnaz Telmanqızı
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.