Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
08.07.2026, 11:40
Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.
Həmçinin vurğulanıb ki, COP29 çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilmiş "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksəksəviyyəli tədbirdə Canluka Espozitonun iştirakı və çıxışı iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verib.
Canluka Espozito səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib.
O, Baş Prokurorluğun "Ekstradisiya haqqında" Avropa Konvensiyası çərçivəsində mərkəzi orqan kimi fəaliyyətinin beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Konvensiyanın transmilli cinayətkarlıqla mübarizədə əsas beynəlxalq hüquqi alətlərdən biri olaraq aktuallığını qoruduğunu bildirib.
Görüşdə terrorçuluq, kibercinayətkarlıq və digər transmilli cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın, o cümlədən elektron sübutların əldə edilməsi və mübadiləsi sahəsində müasir hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ekoloji cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq və Baş Prokurorluğun bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin GRECO, MONEYVAL, CCPE və Avropa Şurasının digər aidiyyəti platformaları ilə əməkdaşlığın qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, habelə təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğunun T-CY Komitəsi də daxil olmaqla, müvafiq əməkdaşlıq mexanizmləri çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduğu ifadə edilib.
Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix də iştirak edib.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.