8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3872
07.07.2026, 12:31
Mopedlərlə bağlı dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənəcək.
Oxu24.com Ajans.az- a istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sözügedən rüsumlar aşağıdakılardır:
* Mopedlərin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə – 15 manat;
* Mopedlərin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya moped alıcısının tələbi ilə mopedlərə texniki baxış keçirilməsi üçün – 15 manat;
* Mopedlərin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə – 15 manat;
* Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə – 40 manat;
* Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə – 20 manat;
* Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün – 30 manat;
* Dövlət qeydiyyat nişanlarının verilməsinə görə – 15 manat;
* Qeydiyyat şəhadətnaməsinin verilməsi – 30 manat;
Bildirilib ki, qanun layihəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.
Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
Qeyd edək ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.