5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1374
08.07.2026, 11:14
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinin və 71-ci maddəsinin II və VII hissələrinin, Cinayət-Prosessual Məcəllənin 1.2, 8, 9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlı, onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə əlçatanlığını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.
Cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlılığının araşdırılması zamanı yalnız onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır.
Cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinin və cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması baxımından qanuniliyinin və əsaslılığının yoxlanılması Cinayət-Prosessual Məcəllənin səkkizinci bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.