Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11194
07.07.2026, 12:54
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kraudfandinq haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.
Oxu24.com xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.
Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.
20:21 / 04 Oktyabr 2026
16
20:06 / 04 Oktyabr 2026
54
19:55 / 04 Oktyabr 2026
52
19:44 / 04 Oktyabr 2026
119
19:23 / 04 Oktyabr 2026
58
19:16 / 04 Oktyabr 2026
93
19:09 / 04 Oktyabr 2026
83
18:44 / 04 Oktyabr 2026
80
18:34 / 04 Oktyabr 2026
62
17:50 / 04 Oktyabr 2026
86
17:45 / 04 Oktyabr 2026
83
17:35 / 04 Oktyabr 2026
86
17:30 / 04 Oktyabr 2026
560
17:23 / 04 Oktyabr 2026
401
17:20 / 04 Oktyabr 2026
60
16:58 / 04 Oktyabr 2026
2755
16:56 / 04 Oktyabr 2026
355
16:55 / 04 Oktyabr 2026
245
16:53 / 04 Oktyabr 2026
276
16:51 / 04 Oktyabr 2026
97
16:49 / 04 Oktyabr 2026
83
14:30 / 04 Oktyabr 2026
114
14:04 / 04 Oktyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.