Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
614
19.06.2026, 11:37
Görmə problemləri və göz zəifliyi son illərdə həm böyüklər, həm də uşaqlar arasında daha çox rast gəlinən sağlamlıq problemlərindən biridir.
Mövzu ilə bağlı oftalmoloq Benjamin Kərimov Oxu24.com-a açıqlama verərək valideynləri narahat edən əsas məqamlara aydınlıq gətirib.
Mütəxəssisin sözlərinə görə, göz zəifliyi bir çox hallarda irsi xarakter daşıya bilər və həm anadan, həm də atadan uşaqlara ötürülmə ehtimalı mövcuddur. Həkim bildirir ki, valideynlərdə görmə zəifliyi – yəni miyopiya və ya hipermetropiya kimi refraksiya qüsurları varsa, bu hal uşaqlarda da yaranma riskini əhəmiyyətli dərəcədə artırır.Xüsusilə “plus” və “minus” tipli görmə qüsurları erkən yaşlarda özünü göstərə bilir. Buna görə də uşaqların vaxtında oftalmoloji müayinədən keçirilməsi son dərəcə vacibdir. Onun sözlərinə görə, ideal halda uşaqlar ən gec 3 yaşından etibarən göz həkimi tərəfindən yoxlanılmalıdır.
Oftalmoloq vurğulayır ki, bir çox hallarda uşaqlar özləri görmə zəifliyini ifadə edə bilmirlər və valideynlər də bunu vaxtında hiss etmirlər. Nəticədə isə müalicə gecikdirilir və bu, ciddi fəsadlara gətirib çıxara bilər.Müalicə olunmayan görmə zəifliyi zamanla ambliopiya, yəni “tənbəl göz” probleminə səbəb ola bilər. Bu halda uşağın bir və ya hər iki gözündə görmə tam formalaşmır və görmə qabiliyyəti lazımi səviyyəyə çatmır. Erkən müdaxilə edilmədikdə bu vəziyyət uzunmüddətli və bəzi hallarda geri dönüşü çətin olan nəticələr yarada bilər.
Oftalmoloqun sözlərinə görə, göz problemlərinin erkən aşkarlanması və düzgün korreksiya olunması uşağın gələcək görmə keyfiyyəti üçün həlledici rol oynayır. Bu məqsədlə, ehtiyac yarandıqda eynək təyin edilir və müntəzəm nəzarət davam etdirilir.Xüsusilə göz problemi olan ailələrdə uşaqların mütəmadi olaraq müayinədən keçirilməsi daha vacibdir. Çünki irsi faktorlar bu sahədə risk qrupunu artıran əsas amillərdən biridir.
Həkim sonda valideynlərə müraciət edərək bildirir ki, göz zəifliyi nə qədər erkən aşkarlanarsa, müalicə və korreksiya bir o qədər effektiv olur və uşağın görmə qabiliyyəti normal səviyyəyə çatdırıla bilər.
Turan
16:35 / 10 Noyabr 2026
1
16:21 / 10 Noyabr 2026
40
16:12 / 10 Noyabr 2026
106
15:58 / 10 Noyabr 2026
78
15:44 / 10 Noyabr 2026
161
15:34 / 10 Noyabr 2026
240
15:31 / 10 Noyabr 2026
76
15:25 / 10 Noyabr 2026
104
15:22 / 10 Noyabr 2026
94
14:58 / 10 Noyabr 2026
2163
14:55 / 10 Noyabr 2026
305
14:48 / 10 Noyabr 2026
351
14:23 / 10 Noyabr 2026
448
14:20 / 10 Noyabr 2026
850
14:09 / 10 Noyabr 2026
207
14:00 / 10 Noyabr 2026
871
13:44 / 10 Noyabr 2026
135
13:38 / 10 Noyabr 2026
385
13:26 / 10 Noyabr 2026
1711
13:24 / 10 Noyabr 2026
150
13:20 / 10 Noyabr 2026
348
13:05 / 10 Noyabr 2026
180
13:00 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.