COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma
10 Noyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
686
11.06.2026, 17:36
Son zamanlar pasiyentlər arasında Vitamin B12 səviyyəsinin yüksək olması ilə bağlı narahatlıqların artdığı müşahidə edilir. Bir çox insan analiz nəticələrində B12 vitamininin normadan yüksək olduğunu görərək bunun ciddi xəstəliklərlə, xüsusilə də xərçənglə əlaqəli olub-olmadığını soruşur.
Bu barədə Oxu24.com-a açıqlama verən doktor Rəqsanə Cəlilova bildirib ki, Vitamin B12 orqanizm üçün vacib olsa da, onun normadan artıq olması da müəyyən hallarda diqqət tələb edən bir vəziyyətdir.
Həkimin sözlərinə görə, B12 vitamininin yüksək olması birbaşa olaraq xərçəng yaradan faktor deyil. Bu, pasiyentlərin ən çox düşündüyü və narahatlıq keçirdiyi yanlış anlayışlardan biridir. Sadəcə olaraq B12-nin yüksək göstəricisi orqanizmdə gedən bəzi proseslərin göstəricisi ola bilər.
“Əgər xroniki qaraciyər parenxim xəstəlikləri mövcuddursa və eyni zamanda Vitamin B12 yüksəkliyi müşahidə olunursa, aparılan bəzi elmi tədqiqatlara əsasən bu vəziyyət qaraciyər patologiyalarının, o cümlədən qaraciyər xərçəngi riskinin artması ilə əlaqələndirilə bilər. Lakin burada vacib məqam odur ki, Vitamin B12 özü xərçəng törədən bir maddə deyil”, – deyə həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, Vitamin B12 səviyyəsinin yüksəkliyi bəzən qaraciyər funksiyalarında pozğunluqlar, metabolik dəyişikliklər və ya digər yanaşı xəstəliklərlə bağlı ola bilər. Ona görə də bu nəticə tək başına qiymətləndirilməməli, mütləq həkim nəzarəti altında əlavə müayinələrlə dəqiqləşdirilməlidir.
Doktor Rəqsanə Cəlilova əlavə edib ki, hər bir vitamin kimi B12 də orqanizm üçün həyati əhəmiyyət daşıyır, lakin onun normadan artıq olması arzuolunan hal deyil. Yüksək göstəricilər bəzən orqanizmdə gizli gedən problemlərin xəbərçisi ola bilər və bu səbəbdən pasiyentlərə özbaşına nəticə çıxarmamaq tövsiyə olunur.
Həkim sonda bildirib ki, düzgün diaqnoz və vaxtında aparılan müayinələr bu kimi hallarda ən doğru yanaşmadır və pasiyentlər yalnız laborator nəticəyə əsaslanaraq təşvişə düşməməlidirlər.
Nigar
21:12 / 10 Noyabr 2026
34
21:10 / 10 Noyabr 2026
37
20:56 / 10 Noyabr 2026
47
20:54 / 10 Noyabr 2026
117
20:46 / 10 Noyabr 2026
83
20:35 / 10 Noyabr 2026
98
20:17 / 10 Noyabr 2026
87
20:10 / 10 Noyabr 2026
958
19:59 / 10 Noyabr 2026
97
19:58 / 10 Noyabr 2026
94
19:52 / 10 Noyabr 2026
102
19:52 / 10 Noyabr 2026
94
19:43 / 10 Noyabr 2026
102
19:40 / 10 Noyabr 2026
124
19:26 / 10 Noyabr 2026
108
19:20 / 10 Noyabr 2026
642
19:06 / 10 Noyabr 2026
139
18:58 / 10 Noyabr 2026
822
18:56 / 10 Noyabr 2026
118
18:39 / 10 Noyabr 2026
241
18:26 / 10 Noyabr 2026
581
18:25 / 10 Noyabr 2026
167
18:19 / 10 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.