COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma
10 Noyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
593
11.06.2026, 16:15
Arıqlama iynələrinin təsiri və orqanizmə faydaları
Son illərdə artıq çəki və piylənmə problemi ilə mübarizədə arıqlama iynələrinə maraq xeyli artıb. Pasiyentlər arasında bu preparatların necə təsir göstərməsi və hansı hallarda faydalı ola biləcəyi ilə bağlı suallar da tez-tez gündəmə gəlir.
Bu barədə Oxu24.com-a açıqlama verən endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aynur Hüseynli bildirib ki, arıqlama iynələrinin orqanizmə təsiri bir neçə fərqli mexanizm üzərindən həyata keçirilir və bu təsirlər kompleks şəkildə çəkinin azalmasına səbəb olur.
Həkimin sözlərinə görə, ilk təsir mexanizmi beyində yerləşən toxluq mərkəzi ilə bağlıdır. Bu preparatlar həmin mərkəzə təsir edərək iştahanın azalmasına səbəb olur. Nəticədə insan daha az qida qəbul edir və gündəlik kalori miqdarı təbii şəkildə aşağı düşür. Bu isə çəkinin azalmasında əsas rol oynayan faktorlardan biridir.
İkinci mühüm təsir mexanizmi qidanın mədə və bağırsaqlardakı hərəkəti ilə əlaqədardır. Bu preparatlar qidanın mədədən bağırsağa keçmə sürətini tənzimləyərək daha uzunmüddətli toxluq hissi yaradır. Pasiyentlər daha gec acır və bu da qida qəbulunun azalmasına gətirib çıxarır.
Üçüncü istiqamət isə maddələr mübadiləsi ilə bağlıdır. Preparatlar orqanizmdə metabolik proseslərə təsir göstərərək yağ yandırılmasını aktivləşdirir. Bu da xüsusilə qarın və ümumi bədən piylənməsinin azalmasına kömək edir.
Aynur Hüseynli əlavə edib ki, arıqlama iynələri təkcə çəkiyə deyil, eyni zamanda metabolik göstəricilərə də müsbət təsir göstərə bilər. Belə ki, bəzi hallarda qanda şəkər səviyyəsinin tənzimlənməsinə, xolesterinin azalmasına və qaraciyər piylənməsinin yaxşılaşmasına yardım edir.
Həkimin sözlərinə görə, bu preparatlar həmçinin qida davranış pozuntularına da təsir göstərə bilər. Xüsusilə gecə yemək vərdişi, həddindən artıq yemək istəyi və nəzarətsiz qida qəbulu kimi halların azalmasına səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, arıqlama iynələri yalnız həkim nəzarəti altında istifadə olunmalıdır. Çünki hər bir pasiyentin vəziyyəti fərqlidir və düzgün doza seçilmədikdə arzuolunmaz nəticələr yarana bilər. Ona görə də bu preparatlara başlamazdan əvvəl endokrinoloji müayinə və individual yanaşma mütləqdir.
Sonda həkim qeyd edib ki, arıqlama prosesində ən vacib amil sağlam həyat tərzidir. Düzgün qidalanma, fiziki aktivlik və həkim nəzarəti ilə aparılan müalicə daha davamlı və sağlam nəticələr verir.
Nigar
21:19 / 10 Noyabr 2026
16
21:12 / 10 Noyabr 2026
61
21:10 / 10 Noyabr 2026
80
20:56 / 10 Noyabr 2026
63
20:54 / 10 Noyabr 2026
156
20:46 / 10 Noyabr 2026
89
20:35 / 10 Noyabr 2026
103
20:17 / 10 Noyabr 2026
90
20:10 / 10 Noyabr 2026
1036
19:59 / 10 Noyabr 2026
100
19:58 / 10 Noyabr 2026
96
19:52 / 10 Noyabr 2026
105
19:52 / 10 Noyabr 2026
98
19:43 / 10 Noyabr 2026
106
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
112
19:20 / 10 Noyabr 2026
659
19:06 / 10 Noyabr 2026
140
18:58 / 10 Noyabr 2026
839
18:56 / 10 Noyabr 2026
120
18:39 / 10 Noyabr 2026
248
18:26 / 10 Noyabr 2026
609
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.