Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
490
04.06.2026, 23:31
“Doktor, bu iynələri nə qədər istifadə etməliyəm?”
Wegovy®, Mounjaro®, Sejaro® və digər arıqlama preparatları ilə bağlı mənə ən çox verilən suallardan biri məhz budur.
Bu sözləri Oxu24.com-a açıqlamasında həkim Oktay Hüseynov bildirib.
Bir çox insan düşünür ki, bir neçə ay iynə vuracaq, arıqlayacaq və problem tamamilə həll olunacaq.
Amma müasir tibb bir qədər fərqli düşünür…
Piylənmə sadəcə artıq çəki deyil.
Piylənmə iradə zəifliyi deyil.
Piylənmə xroniki xəstəlikdir.
Beynəlxalq klinik tövsiyələrə əsasən, piylənmə hipertoniya və şəkərli diabet kimi uzunmüddətli nəzarət tələb edən bir vəziyyətdir.
Bəs dərmanı dayandırdıqdan sonra nə baş verir?
Araşdırmalar göstərir ki, bir çox insanda iştah tədricən artır və itirilmiş çəkinin müəyyən hissəsi geri qayıda bilir.
Bu, preparatın təsirsiz olması demək deyil.
Bu, sadəcə olaraq xəstəliyin xroniki olmasını göstərir.
Məsələn, təzyiq dərmanını dayandırdıqda təzyiq yenidən yüksələ bildiyi kimi…
Bəs bu preparatlar nə qədər istifadə olunmalıdır?
Müasir klinik tövsiyələrə görə piylənmə xroniki xəstəlik hesab olunur.
Bu səbəbdən bir çox xəstədə müalicə uzunmüddətli olur.
Buna görə də bəzi xəstələrdə preparatın uzun illər, bəzən isə çox uzun müddət istifadəsi tələb oluna bilər.
Müalicənin davam etdirilməsi və ya dozanın dəyişdirilməsi hər bir xəstə üçün fərdi şəkildə həkim tərəfindən müəyyən edilir.
Əsas məqsəd sadəcə arıqlamaq deyil, əldə olunmuş nəticəni uzun müddət qoruyub saxlamaqdır.
Unutmayın:
Məqsəd sadəcə arıqlamaq deyil.
Məqsəd verilmiş çəkini qorumaqdır.
Məqsəd şəkərli diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və digər riskləri azaltmaqdır.
Jalə
16:21 / 27 İyul 2026
1
16:18 / 27 İyul 2026
14
16:16 / 27 İyul 2026
23
15:59 / 27 İyul 2026
35
15:45 / 27 İyul 2026
55
15:21 / 27 İyul 2026
68
15:20 / 27 İyul 2026
63
15:17 / 27 İyul 2026
58
14:59 / 27 İyul 2026
71
14:34 / 27 İyul 2026
67
14:28 / 27 İyul 2026
65
14:04 / 27 İyul 2026
87
13:59 / 27 İyul 2026
92
13:55 / 27 İyul 2026
76
13:50 / 27 İyul 2026
91
13:47 / 27 İyul 2026
66
13:40 / 27 İyul 2026
97
13:30 / 27 İyul 2026
91
13:15 / 27 İyul 2026
88
12:59 / 27 İyul 2026
86
12:45 / 27 İyul 2026
79
12:45 / 27 İyul 2026
92
12:38 / 27 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.