Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb
10 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
108
11.11.2026, 01:00
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" neft-kimya holdinqi Türkiyənin Əliağa şəhərində polietilen istehsalı üzrə yeni istehsalat kompleksinin inşası üçün texnologiya seçimi prosesini başa çatdırıb.
Oxu24.com xəbər verir ki, bu barədə SOCAR-ın baş mühəndisi Rövşən Xəlilov bildirib.
Onun sözlərinə görə, yeni müəssisənin istehsal gücü ildə 850 min ton polietilenə çatacaq. Layihə SOCAR-ın Türkiyə ərazisindəki neft-kimya investisiyalarının Master-planına uyğun olaraq həyata keçirilir ki, bunun da məqsədi qrupun bu regionda istehsal potensialının əhəmiyyətli dərəcədə artırılmasıdır.
Yeni qurğu üçün texnoloji prosesin lisenziarı olaraq "UNIPOL PE" texnologiyasının tətbiqini təmin edəcək ABŞ-nin "Univation Technologies, LLC" şirkəti ("Dow Chemical"ın törəmə strukturu) müəyyən edilib.
Xatırladaq ki, 2026-cı ilin sentyabrında Türkiyənin "Petkim Petrokimya Holding" şirkətinin neft-kimya sahəsindəki uzunmüddətli investisiya planı olan Master Plan layihəsində əsas mühəndis layihələndirmə (FEED - Front-End Engineering Design) işləri rəsmən başlayıb. FEED üzrə işlərin aparılması üçün 70 milyon ABŞ dolları məbləğində ümumi büdcə ayrılıb və onların 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş "Petkim Petrokimya Holding" Türkiyənin aparıcı neft-kimya kompleksidir. "SOCAR Turkey" şirkəti "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin sahibidir.
Master-plan Türkiyədə ümumi dəyəri 7 milyard ABŞ dolları olan yeni neft-kimya istehsal güclərinin formalaşdırılmasını nəzərdə tutur. Planlar həm fəaliyyətdə olan istehsalatların modernləşdirilməsini və genişləndirilməsini, həm də tamamilə yeni müəssisələrin inşasını əhatə edir.
01:50 / 11 Noyabr 2026
65
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
21:51 / 10 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.