Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR
10 Noyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
605
04.06.2026, 17:05
Son günlərdə maqnit qasırğaları ilə bağlı məlumatlar geniş müzakirə olunur və insanlar haqlı olaraq bunun sağlamlığa təsiri ilə maraqlanırlar. İlk növbədə, qeyd etmək lazımdır ki, maqnit qasırğaları günəşdə baş verən aktiv proseslər nəticəsində Yer kürəsinin maqnit sahəsində yaranan dəyişikliklərdəndir. Elmi araşdırmalar göstərir ki, bu dəyişikliklər bəzi insanlara, xüsusilə də ürək-damar xəstəlikləri olan şəxslərə təsir göstərə bilər.
Oxu24.com xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Birinci daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Leyla Əfəndiyeva səsləndirib. Onun sözlərinə görə, maqnit qasırğaları zamanı vegetativ sinir sisteminin fəaliyyəti dəyişə, arterial təzyiqdə dalğalanmalar yarana və ürək ritminin müəyyən pozğunluqları müşahidə oluna bilər: “Xüsusilə də arterial hipertenziyadan, ürək işemik xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkən və ya insult keçirmiş şəxslər bu dövrlərdə özlərini daha həssas hiss edə bilərlər. Belə insanlarda baş ağrısı, halsızlıq, arterial təzyiq yüksəlməsi, ürək döyüntüsü və ya nəfəs darlığı kimi şikayətlər daha çox müşahidə oluna bilər. Aparılmış elmi tədqiqatlar göstərir ki, maqnit qasırğaları ürək-damar xəstəliklərinə birbaşa səbəbi deyil, lakin onlar mövcud xəstəliklərin gedişini ağırlaşdıra bilər, əlavə risk və sürətləndirən amil kimi çıxış edə bilər. Mənim apardığım elmi tədqiqatlarda da geofiziki qeyri-sabitlik dövrlərində ürək-damar hadisələrinin və bəzi hallarda hospitalizasiyanın artması müşahidə edilib”.
Mütəxəssis bildirib ki, xüsusilə də yaşlı insanlar və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər daha diqqətli olmalıdırlar: “Bu günlərdə vətəndaşlara tövsiyə olunur ki, həkim tərəfindən təyin olunmuş dərmanları vaxtında qəbul etsinlər, arterial təzyiqi nəzarətdə saxlasınlar. Kifayət qədər maye içsinlər, yuxu rejiminə riayət etsinlər. Həddindən artıq fiziki və emosional gərginlikdən uzaq dursunlar. Əgər döş qəfəsində ağrı, güclü nəfəs darlığı, ürək döyünmə və ya arterial təzyiqin kəskin yüksəlməsi müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Sağlam insanlarda maqnit qasırğaları ciddi problem yaratmır. Əsas risk qrupu ürək-damar xəstəlikləri olan yaşlı və yanaşı xəstəliklərindən əziyyət çəkən insanlardır. Buna görə də belə dövrlərdə profilaktik tədbirlərə və həkim tövsiyələrinə əməl etmək xüsusi əhəmiyyət daşıyır”.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.