Sağ qabırğa altında ağrı nəyin əlaməti ola bilər?
22 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
119
22.05.2026, 12:46
Sosial şəbəkələrdə sürətli arıqlama və “ideal bədən” trendi xüsusilə yeniyetmə qızlar arasında ciddi psixoloji təsir yaratmağa başlayıb. Məşhurların və influencerlərin qısa zamanda arıqlaması gənclərdə öz görünüşündən narazılıq, özgüvən əskikliyi və daimi müqayisə hissi formalaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə Ajans.az-a danışan psixoloq Aytən Ələkbərova trendin xüsusilə yeniyetmə qızların psixologiyasına mənfi təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, son dövrlərdə arıqlama mövzusu bir növ trendə çevrilib və insanlar buna müxtəlif səbəblərlə qoşulurlar. Bəziləri xarici görünüşündən məmnun olmaq və özünəinamı artırmaq üçün arıqlamağa üstünlük verir, digərləri isə sağlamlıq məqsədi ilə artıq çəkidən azad olmağa çalışır.
Psixoloq qeyd edib ki, sosial platformalarda bu mövzu tez-tez müzakirə olunur və xüsusilə “insulin direnci” kimi mövzular gündəmə gətirilərkən daha çox çəkili insanların göstərilməsi bəzi şəxslərdə yanlış psixoloji təsəvvürlər yaradır. Onun sözlərinə görə, bu, insanların şüuraltında öz sağlamlığı ilə bağlı narahatlıq və qorxu formalaşmasına səbəb ola bilər.
O vurğulayıb ki, bu cür təsirlər nəticəsində insanlar bəzən psixosomatik şəkildə özlərində xəstəliklərin yarana biləcəyi düşüncəsini formalaşdırır və bu da əlavə stress yaradır.
Psixoloq əlavə edib ki, digər tərəfdən, gənc qızlar və yeniyetmələr bəzən öz bədən quruluşları və anatomik sağlamlıqları barədə kifayət qədər məlumat olmadan müxtəlif dietoloji məsləhətlərə əməl edirlər. Onun sözlərinə görə, bu cür yanaşma həddindən artıq arıqlama hallarına gətirib çıxara və qidalanma pozuntularının yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, təcrübədə tez-tez blogerlər və tanınmış modellər arasında da bu kimi hallar müşahidə olunur: həddindən artıq çəki itkisi və ya sürətli arıqlama nəticəsində onlarda müxtəlif sağlamlıq və psixoloji problemlər ortaya çıxıb.
22:16 / 22 May 2026
2
22:01 / 22 May 2026
37
21:50 / 22 May 2026
37
21:47 / 22 May 2026
60
21:42 / 22 May 2026
58
21:20 / 22 May 2026
65
21:02 / 22 May 2026
65
20:55 / 22 May 2026
392
20:52 / 22 May 2026
56
20:38 / 22 May 2026
85
20:25 / 22 May 2026
101
20:23 / 22 May 2026
93
20:14 / 22 May 2026
781
20:07 / 22 May 2026
79
20:01 / 22 May 2026
82
19:49 / 22 May 2026
331
19:34 / 22 May 2026
550
19:30 / 22 May 2026
147
19:18 / 22 May 2026
270
19:09 / 22 May 2026
88
19:02 / 22 May 2026
367
18:53 / 22 May 2026
81
18:49 / 22 May 2026
648
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.