Həcc ziyarəti bu tarixdə başlayacaq
22 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
22.05.2026, 18:32
Azərbaycan Rəqəmsal İpək Yolunun Mərkəzinə Çevrilir
Azərbaycanın Şərqlə Qərbi birləşdirən strateji coğrafi mövqeyi regional və qlobal miqyasda mühüm layihələrin mərkəzinə çevrilməsini şərtləndirir. Son dövrlər ölkəmizin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində rəqəmsal inkişaf layihələrinə öncülük etməsi, gələcəkdə Orta Dəhliz kimi ənənəvi nəqliyyat marşrutlarının "Rəqəmsal İpək Yolu"na çevrilməsi və Bakının regionun əsas texnoloji mərkəzi olması perspektivini gündəmə gətirib.
Beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablısəs Oxu24.com-a açıqlamasında mövzu ilə bağlı həm Azərbaycanın coğrafi üstünlüklərini, həm qlobal geosiyasi proseslərin ölkəmizə təsirini, həm də insan kapitalının rolunu ən xırda detallarına qədər təhlil edib.
O qeyd edib ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas ticarət yollarının tam mərkəzində yerləşən unikal ölkələrdən biridir:
“Ölkəmizin yerləşdiyi mövqe həm zaman etibarilə yolların qısalığına xidmət edir, həm də bu səbəbdən xərclərin daha az olması baxımından bizi bəlkə də dünyada birinci sıraya yüksəldir. Eyni zamanda Azərbaycan həm Şərq, həm də Qərb ölkələri ilə əlaqələrini lazımi səviyyədə davam etdirə bilən nadir dövlətlərdəndir. Rəsmi Bakının yürütdüyü balanslı siyasət heç bir tərəfi digərinə qarşı rəqabətə və ya neqativ addımlara sürükləmir. Bu da tərəfdaşlar arasında etimadı artırır və Azərbaycanın ticarətdə, xüsusilə də tranzit məsələlərində əhəmiyyətini günbəgün gücləndirir”.
Ekspert dünyada cərəyan edən son geosiyasi proseslərin Azərbaycanın logistik statusunu necə dəyişdiyini konkret nümunələrlə izah edib:
“Rusiya-Ukrayna müharibəsi fonunda şimal ticarət yollarının bağlanması və ya riskli olması diqqəti alternativ xətlərə yönəldib.
İran ətrafındakı gərginliyin hələ də sabitləşməməsi regionda daha təhlükəsiz sabit platformalara ehtiyac yaradır.
Bu iki böhran bitməyincə və sabitləşməyincə (hazırda sabitləşmə reallıqdan uzaq görünür), Azərbaycanın, yəni Cənubi Qafqaz variantının və Orta Dəhlizin Şərq-Qərb ticarətində əvəzedilməz alternativə çevrilməsi qaçılmazdır”.
TDT-nin gələcək hədəflərindən və texnoloji yeniliklərdən bəhs edən H.Səhrablı vurğulayıb ki, rəqəmsal inkişaf sahəsində əsas simalardan birinə çevrilmək Azərbaycan üçün böyük bir tarixi şansdır:
"Texnologiya elə bir məsələ deyil ki, təbii sərvətlər kimi ona öncədən mütləq sahib olmaq olar. Texnoloji yeniliklər, texnoloji inqilab elə bir sahədir ki, buna ən kiçik və ən zəif ölkə də, ən güclü dövlət də sahiblənə və onu inkişaf etdirə bilər. Burada əsas şərt sistemi doğru qurmaqdır. Sistemi elə qurmaq lazımdır ki, o sistemi idarə edə biləcək, sistemdə yaşanan yenilikləri izləyəcək və daha yenilərini ortaya qoyaraq yeni işlər görə biləcək şəxsləri, kadrları yetişdirmək mümkün olsun”.
Tədqiqatçı ölkəmizin potensialının bu hədəflərə tam cavab verdiyini xüsusi qeyd edib:
“Azərbaycan xalqı dünyanın ən bilgili, ən zəki xalqlarından biridir. Buna görə də bizim insan resursumuz bu cür texnoloji inkişafa tamamilə uyğundur. Əgər qarşıya qoyulan məqsədlər, aparılan işlər layiqincə davam etdirilsə, addımlarımızı tam hədəfə doğru yönəldə bilsək, Azərbaycan həqiqətən də dünyanın yeni texno-mərkəzlərindən birinə çevriləcək”.
Həşim Səhrablı yarana biləcək alternativ ssenarilərə də toxunub və bildirib ki, hətta ən çətin şərtlərdə belə Azərbaycan uduzmayacaq:
"Deyək ki, bu hədəf tam alınmadı və ya bizim texnoloji inkişaf səviyyəmiz Çin, ABŞ və ya Qərb mərkəzləri kimi xeyli inkişaf etmiş dövlətlərə tam çatmadı. Bu bizi ruhdan salmalıdırmı?
Əlbəttə ki, xeyr. Azərbaycan təkcə özünün inkişaf etdirdiyi texnologiyalarla deyil, dünyada baş verən texnoloji inqilabın hərəkətverici qüvvəsinə, yəni rəqəmsal tranzit mərkəzinə də çevrilə bilər. Bizdən daha çox inkişaf etmiş dövlətlərin ticarətini asanlaşdırmaqla, onlarla qarşılıqlı ticarət formaları yaratmaqla, Şərqdən Qərbə, Qərbdən Şərqə uzanan rəqəmsal tranzit yollarını açmaqla biz bu sahədəki önəmimizi texnologiyaya sahib olan ölkələr qədər artıra bilərik”.
Müsahib sonda qeyd edib ki, Azərbaycanın qarşısında bu hədəflərə çatmaq üçün heç bir ciddi maneə yoxdur:
"Şərq-Qərb tranzit məsələləri onsuz da hazırda qlobal gündəmdədir. Və bu məsələ sadəcə ənənəvi ticarətlə yekunlaşacaq qədər zəif bir mövzu deyil. Bu, inkişaf etdirilə bilən və hər bir sahəni əhatə edən böyük bir texnoloji mübadilə prosesidir. Azərbaycan bu prosesin tam mərkəzində yer almaq üçün həm coğrafi, həm də intellektual baxımdan bütün imkanlara sahibdir”.
Çimnaz Telmanqızı
20:25 / 22 May 2026
23
20:23 / 22 May 2026
29
20:14 / 22 May 2026
282
20:07 / 22 May 2026
58
20:01 / 22 May 2026
55
19:49 / 22 May 2026
179
19:34 / 22 May 2026
350
19:30 / 22 May 2026
105
19:18 / 22 May 2026
119
19:09 / 22 May 2026
73
19:02 / 22 May 2026
99
18:53 / 22 May 2026
67
18:49 / 22 May 2026
420
18:31 / 22 May 2026
97
18:30 / 22 May 2026
83
18:23 / 22 May 2026
89
18:04 / 22 May 2026
75
17:58 / 22 May 2026
181
17:45 / 22 May 2026
669
17:40 / 22 May 2026
114
17:38 / 22 May 2026
87
17:34 / 22 May 2026
80
17:17 / 22 May 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.