Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
577
21.05.2026, 21:34
Arıqlama iynələrinə başlamazdan əvvəl hansı analizlər lazımdır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Tibb elmləri namizədi Oktay Hüseynov bildirib ki, bu preparatlar adi “vitamin” deyil.Onlar hormonal və metabolik sistemə təsir edən ciddi preparatlardır.Və ən vacibi hamıya uyğun olmaya bilər.
"Son vaxtlar həm qadınlar, həm də kişilər mənə ən çox bu sualı verir:“Doktor, iynəyə başlamazdan əvvəl hansı müayinələrdən keçməliyəm?” Müasir klinik tövsiyələrə görə, arıqlama preparatlarına başlamazdan əvvəl ilkin qiymətləndirmə mütləqdir.
Adətən bunlara baxılır
Qan analizləri
Qlükoza
HbA1c
İnsulin və ya insulinrezistentlik göstəriciləri
Lipid paneli
ALT, AST (qaraciyər)
Kreatinin, böyrək funksiyası
TSH
Bəzi hallarda əlavə olaraq:
▫️ Vitamin D
▫️ Ferritin
▫️ B12
▫️ Sidik turşusu və s.
Niyə vacibdir?
Çünki artıq çəkinin səbəbi bəzən:
▫️ hipotireoz
▫️ insulinrezistentlik
▫️ yuxu pozğunluğu
▫️ hormonal dəyişikliklər
▫️ hətta bəzi dərmanlar ola bilər.
Sadəcə iynəyə başlamaq problemi tam həll etmir.
🖥️ Ultrasəs müayinəsi
Çox zaman:
qaraciyər yağlanması
öd kisəsində daş
bəzi hallarda qalxanabənzər vəz müayinəsi də qiymətləndirilir.
Xüsusilə öd kisəsində daş varsa, ehtiyatlı olmaq lazımdır.
Çünki sürətli çəki itkisi bəzi insanlarda problemi artıra bilər.
Hər artıq çəkisi olan insana bu preparatlar lazım deyil
Bəzən həyat tərzi korreksiyası kifayət edir.
Bəzən isə preparat həqiqətən böyük fayda verir.
Burada əsas məsələ:
doğru pasiyent seçimi və düzgün nəzarətdir.
Ən vacib məqam
Bu preparatları:
“tanış məsləhəti ilə”
və ya “TikTok videosuna baxıb” başlamaq düzgün deyil.
Müayinə, risk qiymətləndirilməsi və həkim nəzarəti vacibdir.
Nigar
15:31 / 11 Noyabr 2026
1
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.