Həcc ziyarəti bu tarixdə başlayacaq
22 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
116
22.05.2026, 17:40
"Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır"
Bu sözləri Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin isə hazırkı rektoru Kamal Abdulla bildirib.
Xalq yazıçısı Kamal Abdullanın gender bərabərliyi ilə bağlı fikirləri cəmiyyətdə geniş rezonans doğurub.
Sosial şəbəkələrdə fərqli fikirlərin səsləndiyi bir vaxtda mövzuya sosioloq Üzeyir Şəfiyev Oxu24.com-a açıqlamasında münasibət bildirib.
Sosioloq Xalq yazıçısının yanaşmasının cəmiyyətdə birmənalı qarşılanmamasını təbii hesab edib, lakin akademikin fikirlərinin kontekstdən çıxarıldığını vurğulayıb.
Ü.Şəfiyev bildirib ki, Kamal Abdulla sözügedən müsahibəsinin bütöv mətnində Azərbaycan tarixində, cəmiyyətində və dövlət həyatında böyük xidmətləri olan, ölkəyə dəyərli töhfələr verən xanımların varlığını xüsusi qeyd edib:
“Ancaq ənənəvi cəmiyyət ziyalısı, cəmiyyət adamı kimi Kamal Abdulla orada belə bir yanaşma qoyur ki, qadın evdə, ailədə daha böyük töhfə verə bilər. Çünki ailə institutunda qadının rolu xüsusilə əhəmiyyətlidir. Bu, uşağın sosiallaşması, tərbiyə olunması, ümumiyyətlə ailə tamlığının qorunması baxımından vacibdir. Eyni zamanda qadının təbii olaraq böyük bir missiyası — analıq missiyası var. Bu missiya cəmiyyətdə həm reproduktiv baxımdan, həm də sağlam cəmiyyət formalaşdırılması baxımından qadının üzərinə düşən ən böyük vəzifədir".
Sosioloqun sözlərinə görə, ənənəvi cəmiyyətlərdə əmək bölgüsünün "kişi çöl işlərində, qadın ev işlərində daha uğurludur" stereotipi üzərində qurulması akademikin də fikirlərinə təsir edib:
“Güman ki, Kamal Abdulla da məhz bu yanaşmaların təsiri ilə fikrini ifadə edib. Əlbəttə ki, bir akademik, bir yanaşma sahibi üçün fikrin bu şəkildə ifadəsi, təəssüf ki, uğursuz alınıb. Çünki oxucular və tamaşaçılar bunu birmənalı qarşılamadı. Orada “qadını mətbəxdə, evdə saxlamaq” kimi kifayət qədər sərt bir ritorika hiss olunur. Hörmətli akademik bu fikri başqa cür də ifadə edə bilərdi".
Ü.Şəfiyev vurğulayıb ki, belə həssas mövzularda, xüsusən də beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən dünyəvi bir ölkənin tanınmış akademiki tərəfindən fikir səsləndirilərkən daha diqqətli və ehtiyatlı olunmalıdır. Bununla belə, o, sosial şəbəkələrdə yazıçının aşağılanmasını və kəskin tənqid olunmasını düzgün hesab etmir.
Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğunu xatırladan sosioloq ölkədə gender bərabərliyinin yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb:
“Qadınlarımız dövlət və ictimai həyatda aktiv iştirak edir. Parlamentdə millət vəkillərinin 20%-i xanımlardır. Təhsil və səhiyyə sahələrində qadınların iştirakçılığı 70-80% arasındadır. Qərar qəbuletmə sistemində, komitə sədrliklərin tərkibində xanımlarımız var. Ölkənin Vitse-prezidenti və Spikeri xanımdır. Bu, gender bərabərliyinin bariz nümunəsidir".
Ü.Şəfiyev qeyd edib ki, Azərbaycanda qadınlara qarşı hansısa ayrı-seçkilik olubsa, bu, yalnız onların xeyrinə — sağlamlıqlarının qorunması naminə "pozitiv diskriminasiya" formasında olub:
“Qadınlar ağır və zərərli iş sahələrindən (metallurgiya, radiasiya, qazma işləri) uzaq saxlanılıb. Əvvəllər qadınların çalışması yasaq olan 670 iş sahəsi var idi. Lakin Nazirlər Kabineti müasir texnologiyaların verdiyi yeni imkanları nəzərə alaraq bu sayı 204-ə endirdi. Bu da qadınların əmək bazarında kişilərlə bərabər daha geniş yer tutması üçün şərait yaradır. Sevindirici haldır ki, bu gün məşğul əhali içərisində qadınların çəkisi 48%-dir".
Ölkədə qadın-kişi bərabərliyinin mövcud olduğunu, tariximizdə hər zaman diplomat, idarəçi və alim xanımların rolunu vurğulayan sosioloq fundamental bir problemə də toxunub:
“Əfsuslar olsun ki, bizim bircə ciddi problemimiz var — selektiv abortlar. Bu baxımdan, təəssüf ki, hətta əhalisi 400 milyondan çox olan Çini də üstələyirik. Bu, dövlət və hökumət səviyyəsində olan problem deyil, cəmiyyətin problemidir. Cəmiyyətdəki köhnə stereotip yanaşmanın nəticəsidir ki, oğlan və qız uşağına fərqli yanaşılır. Dövlət tərəfindən buna qarşı hüquqi və qanunvericilik müstəvisində ciddi tədbirlər görülür və ümid edirəm ki, orta perspektivdə bu problem də aradan qalxacaq".
“Evdar qadınların uşağa baxdığı dövr əmək stajı sayılsın" — TƏKLİF
Sosioloq Üzeyir Şəfiyev sonda qeyd edib ki, qadının evdə və ya işdə olması onun və ailəsinin şəxsi seçimidir. Əgər qadın əmək bazarında özünə yer tapırsa, kişilər buna tolerant yanaşmalı, mühafizəkar baryerlər yaratmamalıdırlar. Dövlət də Əmək Məcəlləsi vasitəsilə hamilə və 3 yaşınadək övladı olan qadınlara geniş imtiyazlar tanıyır.
Mövzu ilə bağlı sosioloq maraqlı bir təkliflə də çıxış edib:
“Kamal Abdullanın qadının analıq missiyasını yüksək qiymətləndirməsini mən də təqdir edirəm. Çünki bu, təbiətin ona verdiyi ən böyük missiyadır. Hətta təklif edərdim ki, evdar qadınların işləməsə belə, uşaq saxladıqları müddət — ən azı hamiləlikdən uşağın 3 yaşına qədər olan dövrü — əmək stajı kimi qəbul edilsin. Bu əmək stajı gələcəkdə onlara pensiya hüququnun yaranmasına kömək edə bilər. Hesab eləyirəm ki, bu addımla biz qadınların cəmiyyətdəki xidmətinə ən böyük töhfəni vermiş olarıq".
"Dayələr peşəkar deyil, uşaqlarda travma yaradır"
Sosioloq vurğulayıb ki, uşaqların tərbiyəsinin tamamilə başqa şəxslərə tapşırılması gələcəkdə ciddi fəsadlara yol açır:
"Bu hal uşaqların tərbiyəsinə çox neqativ təsir göstərir. Təcrübə göstərir ki, kənardan uşağa baxan həmin insanların əksəriyyəti heç də peşəkar deyillər və bu, uşaqlarda ciddi psixoloji travmaların yaranmasına səbəb olur. Əslində, Kamal Abdullanın bu məsələyə yanaşması onun məhz bu zərərli proseslərdən, ailə institutunun zəifləməsindən böyük narahatlıq keçirdiyini ifadə edir. Bu baxımdan, bir ziyalının belə bir narahatlıq hissi ilə çıxış etməsi tamamilə başa düşüləndir”.
Çimnaz Telmanqızı
20:25 / 22 May 2026
23
20:23 / 22 May 2026
29
20:14 / 22 May 2026
282
20:07 / 22 May 2026
58
20:01 / 22 May 2026
55
19:49 / 22 May 2026
179
19:34 / 22 May 2026
350
19:30 / 22 May 2026
105
19:18 / 22 May 2026
119
19:09 / 22 May 2026
73
19:02 / 22 May 2026
99
18:53 / 22 May 2026
67
18:49 / 22 May 2026
420
18:32 / 22 May 2026
196
18:31 / 22 May 2026
97
18:30 / 22 May 2026
83
18:23 / 22 May 2026
89
18:04 / 22 May 2026
75
17:58 / 22 May 2026
181
17:45 / 22 May 2026
669
17:38 / 22 May 2026
87
17:34 / 22 May 2026
80
17:17 / 22 May 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.