Cüdoçumuz dünya çempionu oldu
21 Avqust 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
696
22.05.2026, 20:23
Dünya futbolunun əfsanələrindən biri olan Cristiano Ronaldo təkcə uğurları ilə deyil, ailəsinə bağlılığı ilə də tez-tez gündəmə gəlir. Xüsusilə onun anası ilə münasibəti sosial şəbəkələrdə və mediada böyük maraq doğurur.
Oxu24.com xəbər verir ki,müsahibələrin birində Ronaldoya maraqlı sual ünvanlanıb: “Niyə hələ də ananla birlikdə yaşayırsan? Niyə ona ayrıca ev alıb, özün ayrıca yaşamırsan?”
Futbolçunun bu suala verdiyi cavab isə bir çox insanı kövrəldib.
Ronaldo bildirib ki, anası onun uğurları üçün həyatını fəda edib:
“Anam məni böyütmək üçün öz həyatını qurban verdi. O, məni doyurmaq üçün özü ac yatırdı. Bizim heç pulumuz yox idi. Həftənin yeddi günü işləyirdi. Gecələr isə əlavə olaraq təmizlikçi kimi çalışırdı ki, mənə ilk butslarımı ala bilsin və futbol oynamağıma şərait yaratsın”.
Məşhur futbolçu vurğulayıb ki, qazandığı bütün uğurların arxasında anasının əziyyəti dayanır:
“Bu gün sahib olduğum hər şeyi ona borcluyam. Bütün uğurlarımı ona həsr etmişəm”.
Ronaldo qeyd edib ki, anası sağ olduğu müddətdə həmişə onun yanında olacaq:
“O, mənim sığınacağım, ən böyük dayağım və həyatımdakı ən böyük nemətdir”.
Dolores Aveiro uzun illərdir oğlunun həyatında xüsusi yer tutur. Futbolçu dəfələrlə açıqlamalarında bildirib ki, anası həm onun həyatında, həm də övladlarının böyüməsində mühüm rol oynayır.
Ronaldo əlavə edib ki, anası tez-tez onunla birlikdə yaşayır və nəvələrinin tərbiyəsində yaxından iştirak edir. Hətta futbolçu bu günə qədər hər oyundan əvvəl anasından dua və motivasiya dolu sözlər aldığını söyləyib.
Məşhur futbolçunun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Ronaldonun ailəsinə bağlılığını nümunə göstərərək, valideyn əməyinin heç vaxt unudulmamalı olduğunu qeyd edib.
Psixoloqlar isə bildirirlər ki, uğurlu insanların həyatında ailə dəstəyi çox mühüm rol oynayır. Xüsusilə uşaqlıq dövründə verilən sevgi, fədakarlıq və motivasiya insanın gələcək həyatına ciddi təsir göstərir.
Cristiano Ronaldo isə illər keçsə də, onu bu günə gətirən ən böyük gücün məhz anasının sevgisi və zəhməti olduğunu gizlətmir.
Nigar
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.