Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA
11 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
632
14.05.2026, 17:05
Son dövrlərdə sosial şəbəkələrdə yeməkdən sonra alma sirkəsinin qanda şəkəri azaltdığı, xolesterini saldığı və hətta ürək-damar sistemini “təmizlədiyi” ilə bağlı iddialar geniş yayılıb. Lakin kardioloqlar bu məlumatların bir qisminin elmi baxımdan sübut olunmadığını bildirirlər.
Kardioloq Üzeyir Rəhimovun Oxu24.com saytına açıqlamasında bildirib ki, Alma sirkəsi bəzi eksperimental tədqiqatlarda, xüsusilə heyvan modellərində yağ mübadiləsinə (trigliseridlərə) müəyyən təsir göstərə bilsə də, insanlarda ürək damarlarını açdığı və ya xolesterolu klinik baxımdan əhəmiyyətli dərəcədə azaltdığı barədə qəti elmi sübutlar mövcud deyil.
Həkimin sözlərinə görə, sosial mediada yayılan “damar açıcı təsir” iddiaları tibbi əsaslara söykənmir və bu cür yanaşma yanlış gözləntilər yarada bilər. Üzeyir Rəhimov vurğulayıb ki, alma sirkəsi heç bir halda ürək-damar xəstəliklərinin müalicəsi kimi qəbul edilməməlidir.
Mütəxəssis qeyd edib ki, bu məhsulun həddindən artıq və düzgün istifadə olunmaması müəyyən fəsadlara səbəb ola bilər. Xüsusilə turş tərkibinə görə diş minasının zədələnməsi, mədə və qida borusunda qıcıqlanma, eləcə də həzm sistemi problemləri yarana bilər.
Kardioloq əlavə edib ki, Diabet xəstələrində də alma sirkəsinin “müalicəvi vasitə” kimi istifadəsi düzgün deyil və bu yanaşma tibbi müalicəni əvəz etmir.
Həkimlərin fikrincə, ürək-damar sağlamlığının qorunması üçün əsas prinsiplər düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və mütəmadi həkim nəzarətidir. Natural məhsullar isə yalnız qidalanmaya əlavə dəstək xarakteri daşıya bilər.
Turan
20:22 / 11 Noyabr 2026
25
20:19 / 11 Noyabr 2026
27
20:08 / 11 Noyabr 2026
35
19:57 / 11 Noyabr 2026
88
19:49 / 11 Noyabr 2026
66
19:43 / 11 Noyabr 2026
64
19:33 / 11 Noyabr 2026
76
19:19 / 11 Noyabr 2026
129
19:07 / 11 Noyabr 2026
96
18:42 / 11 Noyabr 2026
400
18:39 / 11 Noyabr 2026
196
18:35 / 11 Noyabr 2026
164
18:30 / 11 Noyabr 2026
189
18:29 / 11 Noyabr 2026
210
18:23 / 11 Noyabr 2026
137
18:17 / 11 Noyabr 2026
210
18:13 / 11 Noyabr 2026
167
18:06 / 11 Noyabr 2026
733
18:01 / 11 Noyabr 2026
117
17:42 / 11 Noyabr 2026
325
17:40 / 11 Noyabr 2026
204
17:35 / 11 Noyabr 2026
489
17:16 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.