Görmə siniri hansı hallarda zədələnə bilər?
10 İyun 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
403
20.04.2026, 16:13
Bir çoxları ayaqdan təzyiqin ölçülməsi barədə məlumatlı deyil.Ayaqda təzyiq niyə ölçülür?Bu necə aparılır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Tibb elmləri namizədi (Ph.D),endikrinoloq Oktay Hüseynov bildirib ki,adətən hamı arterial təzyiqi qolda ölçür. Amma bəzən ayaqda ölçmək daha çox məlumat verir.Bu sadə üsulla ciddi damar problemlərini erkən tutmaq olur.
Bu nə üçündür?
Həkimin sözlərinə görə,ayaqlara gedən damarlar daralıbsa və ya tutulubsa, ayaqda təzyiq qoldan aşağı olur.Bu fərqi ölçərək biz periferik arteriya xəstəliyini erkən mərhələdə aşkar edə bilərik.
Xüsusilə risk qrupunda olanlar üçün vacibdir.
siqaret çəkənlər
diabeti olanlar
yüksək xolesterini olanlar
50 yaşdan yuxarı şəxslər
Bəzən heç bir şikayət olmur… amma problem artıq başlayıb.
Necə ölçülür?
Çox da çətin deyil, sadəcə düzgün etmək lazımdır.
Manjet baldır nahiyəsinə qoyulur və ölçmə topuq səviyyəsində aparılır.
Ən dəqiq üsul Doppler ilədir, amma bəzən adi aparat da ilkin fikir verə bilər.
Hesablama necədir?
Ayaqdakı sistolik təzyiqi
qoldakı sistolik təzyiqə bölürük
Bu göstərici adlanır
Ankle-Brachial Index (ABI)
Nəticələri necə başa düşək?
1.0 – 1.3 → norma
0.9 – 1.0 → sərhəddə
0.9-dan aşağı → damar daralması ehtimalı
0.5-dən aşağı → ciddi problem
1.3-dən yuxarı olarsa — damarların sərtləşməsi ehtimalı var
Niyə bu vacibdir?
Bu sadə ölçmə bizə imkan verir
infarkt riskini qiymətləndirmək
insult riskini anlamaq
ayaqlarda gizli damar xəstəliyini tapmaq
Açığı, bəzən xəstə heç nə hiss etmir… amma bu test artıq problemi göstərir.
Kiçik qeyd
Bu test təkbaşına diaqnoz qoymur. Amma çox yaxşı “screening” üsuludur.
Hazırladı: Jalə
14:55 / 10 İyun 2026
1
14:53 / 10 İyun 2026
1
14:41 / 10 İyun 2026
26
14:34 / 10 İyun 2026
31
14:30 / 10 İyun 2026
29
14:25 / 10 İyun 2026
29
14:25 / 10 İyun 2026
36
14:15 / 10 İyun 2026
39
14:14 / 10 İyun 2026
147
14:12 / 10 İyun 2026
38
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
64
13:35 / 10 İyun 2026
65
13:31 / 10 İyun 2026
62
13:27 / 10 İyun 2026
61
13:23 / 10 İyun 2026
501
13:15 / 10 İyun 2026
86
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1447
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
85
12:43 / 10 İyun 2026
84
12:38 / 10 İyun 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.