Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
690
21.03.2026, 18:23
Bir çox insanlar qəbizlikdən əziyyət çəkirlər.Bəs,bu problemdən necə qurtulmaq olar?
Mövzu ilə bağlı Oxu24.com-a danışan proktoloq Anar Əliyev bildirib ki,qəbizlik bir çox insanın gündəlik həyat keyfiyyətinə təsir edən problemlərdən biridir. Uzun müddət davam etdikdə isə hemorroy, anal çat və bağırsaq narahatlıqları kimi problemlərə səbəb ola bilər.
Sadə həyat tərzi dəyişiklikləri ilə qəbizliyin qarşısını almaq çox vaxt mümkündür.
1. Liflə zəngin qidalar qəbul edin
Tərəvəzlər, meyvələr, kəpəkli çörək və taxıllar bağırsaq hərəkətlərini aktivləşdirir və nəcisin daha rahat xaric olunmasına kömək edir.
2. Gün ərzində kifayət qədər su için
Az su qəbulu nəcisin sərtləşməsinə səbəb ola bilər. Gün ərzində kifayət qədər maye qəbul etmək bağırsaq fəaliyyətini yaxşılaşdırır.
3. Fiziki aktiv olun
Gündəlik hərəkət və yürüş bağırsaq peristaltikasını artıraraq qəbizliyin qarşısını almağa kömək edir.
4. Tualet vərdişini gecikdirməyin
Defekasiya ehtiyacı yarandıqda onu gecikdirmək zamanla bağırsağın normal fəaliyyətini poza bilər.
5. Qidalanma rejimini nizamlayın
Müntəzəm saatlarda qidalanmaq və səhər yeməyini buraxmamaq bağırsaq ritmini sabit saxlayır.
Unutmayın:
Qəbizlik uzun müddət davam edirsə və ya qanaxma, ağrı kimi əlamətlərlə müşayiət olunursa, proktoloq müayinəsi vacibdir.
Hazırladı: Jalə
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.