Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
621
19.03.2026, 13:54
Damar tıxanması nədən yaranır?
Bir çox insan düşünür ki, əsas problem xolesterindir.Amma əslində proses bir az fərqli başlayır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Oktay Hüseynov bildirib ki,əvvəlcə damarın daxili qatı — endotel zədələnir.Bunu belə təsəvvür edin: sanki hamar asfaltın yerinə yolda xırda çuxurlar əmələ gəlir.
Bəs bu zədələnmə niyə baş verir?
1. Siqaret
Ən güclü və aqressiv faktor. Nikotin və qatran damar divarına birbaşa zərər verir.
2. Yüksək qan şəkəri
Qlükoza damarları kövrək və keçirici edir.
3. Genetik faktorlar
Məsələn, homosisteinin yüksək olması bəzən irsi xüsusiyyət olur və nəzarət tələb edir.
4. Xroniki stress
Damarları daimi gərginlikdə saxlayır və onların ehtiyatını azaldır.
5. Yüksək arterial təzyiq
Qan damar divarına daim təzyiq göstərərək onu zədələyir.
Bəs xolesterin harada ortaya çıxır?
Xolesterin çox vaxt ilk səbəb deyil.
Damar divarı artıq zədələnəndə orqanizm həmin yeri “təmir etməyə” çalışır.
Və ora xolesterini sanki tikinti materialı kimi göndərir.
Məhz belə aterosklerotik piləklər formalaşır.
Nə etmək lazımdır?
Damarları müalicə etmək sadəcə dərman içmək demək deyil.
Bu, səbəbi tapmaq deməkdir.
👉 Siqaret çəkirsinizsə — tərgidin.
👉 Qan şəkəri yüksəkdirsə — nəzarət altına alın.
👉 Təzyiq yüksəlirsə — stabil saxlayın.
👉 Stressi azaltmağa çalışın.
Nəticə
Damar xəstəliklərinin müalicəsi həmişə səbəb üzərində qurulur.
Səbəbi aradan qaldırdıqda, piləklərin inkişafı da ləngiyir.
Hazırladı: Şahbaz
01:52 / 13 Noyabr 2026
263
01:49 / 13 Noyabr 2026
560
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
181
23:53 / 12 Noyabr 2026
1100
23:51 / 12 Noyabr 2026
137
23:40 / 12 Noyabr 2026
207
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
901
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
134
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
261
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
155
22:49 / 12 Noyabr 2026
184
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.