Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1300
19.03.2026, 13:23
Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir.Adətən bir çox xəstənin heç bir şikayəti olmur. Bəzi xəstələrdə vəzi hipoplaziyaya uğrayır (kiçik zob) bunun nəticəsi olaraq tənbəl zobun simptomları üzə çıxır. Xəstələr xəstəliyin gedişindən asılı olaraq, fərqli səbəblərlə həkimə müraciət edə bilərlər.
Bəs,bu xəstəlik zamanı vitaminlər necə qəbul edilməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Tibb elmləri namizədi,Endokrinoloq Oktay Hüseynov bildirib ki,vitaminlərin qəbulu həkim təyinatı ilə olmalıdır.
Haşimoto və vitaminlər: hansını, nə vaxt?
Vitamin D
Haşimoto olan xəstələrdə D vitamini çatışmazlığı çox rast gəlinir. Aşağı səviyyə immun balansı daha da poza bilər. Amma dozanı analizsiz artırmaq düzgün deyil. Əvvəl baxırıq, sonra qərar veririk.
Selen
Selen anti-TPO səviyyəsini bir qədər azalda və immun sistemi tarazlaya bilər. Xüsusən çatışmazlıq varsa faydalıdır. Amma yüksək doza toksik ola bilər. Burada “az, amma yerində” prinsipi işləyir.
Yod
Ən çox səhv edilən mövzu. Haşimoto zamanı əlavə yod çox vaxt lazım olmur, bəzən isə vəziyyəti pisləşdirir. Yod yalnız real çatışmazlıq sübut olunarsa düşünülə bilər.
Vitamin B12
Autoimmun xəstəliklərdə B12 çatışmazlığı daha tez-tez görülür. Yorğunluq, keyimə, diqqət dağınıqlığı varsa, mütləq yoxlanmalıdır.
Omega-3
Birbaşa müalicə deyil, amma iltihabı azaltmağa və metabolik vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər. Dəstək rolundadır.
Əsas xəbərdarlıq
Vitaminlər müalicə deyil. Levotiroksini əvəz etmir. “Bir dost içdi, mən də içim” yanaşması burada işləmir.
Hazırladı: Jalə
01:52 / 13 Noyabr 2026
263
01:49 / 13 Noyabr 2026
560
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
181
23:53 / 12 Noyabr 2026
1100
23:51 / 12 Noyabr 2026
137
23:40 / 12 Noyabr 2026
207
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
901
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
134
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
261
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
155
22:49 / 12 Noyabr 2026
184
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.