Qollarınızda qaşınan xırda suluqlar varsa, DİQQƏTLİ olun: Bu...
17 İyun 2026, 15:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
710
18.03.2026, 23:10
Yaşıl çayın ürək-damar sağlamlığına təsiri nə qədərdir?
Mütəxəssislər bildirirlər ki, yaşıl çay düzgün və ölçülü şəkildə qəbul edildikdə ürək-damar sistemi üçün faydalı ola bilər. Yaşıl çayın tərkibində olan antioksidantlar və xüsusilə katexinlər damar divarında iltihabi proseslərin azalmasına, damarların elastikliyinin artmasına və oksidləşmə prosesinin zəifləməsinə kömək edə bilər.
Oxu24.com xəbər verir ki, araşdırmalara əsasən, bu təsirlər damarların sərtləşməsi prosesini ləngidə, qan təzyiqinin normallaşmasına dəstək ola və ümumi ürək sağlamlığını yaxşılaşdıra bilər. Bəzi hallarda yaşıl çayın yüngül antiaritmik təsiri olduğu da qeyd edilir.
Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, yaşıl çay hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər.
Mədə-bağırsaq problemi olan şəxslər, aşağı təzyiqdən əziyyət çəkənlər və ürək ritm pozğunluğu olan pasiyentlər yaşıl çaydan istifadə edərkən diqqətli olmalıdırlar. Həmçinin, yaşıl çayın həddindən artıq miqdarda və ya şirniyyatlarla birlikdə qəbul edilməsi arzuolunmaz təsirlərə səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, yaşıl çay möcüzəvi müalicə vasitəsi deyil. Əgər pasiyentə həkim tərəfindən statinlər və ya digər ürək-damar preparatları təyin edilibsə, həmin dərmanların qəbulu dayandırılmamalıdır. Sağlam qidalanma, fiziki aktivlik və tibbi göstərişlərə əməl etmək əsas şərt olaraq qalır.
Qeyd edilir ki, yaşıl çay yalnız sağlam həyat tərzinin bir hissəsi kimi qəbul edildikdə faydalı təsir göstərə bilər.
Jalə
15:37 / 17 İyun 2026
1
15:32 / 17 İyun 2026
38
15:26 / 17 İyun 2026
22
15:22 / 17 İyun 2026
25
15:21 / 17 İyun 2026
31
15:13 / 17 İyun 2026
311
14:52 / 17 İyun 2026
235
14:15 / 17 İyun 2026
104
14:15 / 17 İyun 2026
401
13:55 / 17 İyun 2026
89
13:45 / 17 İyun 2026
70
13:37 / 17 İyun 2026
306
13:21 / 17 İyun 2026
91
13:12 / 17 İyun 2026
73
13:06 / 17 İyun 2026
99
13:04 / 17 İyun 2026
92
13:00 / 17 İyun 2026
112
12:57 / 17 İyun 2026
89
12:54 / 17 İyun 2026
93
12:44 / 17 İyun 2026
90
12:38 / 17 İyun 2026
91
12:32 / 17 İyun 2026
103
12:26 / 17 İyun 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.