Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
889
17.03.2026, 14:34
Hamiləlikdə yaşın rolu - Ginekoloq riskləri AÇIQLADI
Hamiləlik qadınların həyatında xüsusi və həssas bir dövrdür. Zaman keçdikcə orqanizmdə baş verən dəyişikliklər bu prosesi daha mürəkkəb və diqqət tələb edən hala gətirir.
Xüsusilə, 35 yaşdan sonra hamiləlik tibbdə daha riskli qrup kimi qiymətləndirilir. Bu yanaşma mümkün riskləri əvvəlcədən nəzərə almaq və daha sağlam nəticə əldə etmək üçün vacib sayılır.
Ötən gün 53 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib. Bəllidir ki, müəyyən yaşdan sonra hamiləlik və doğuşun qadınlar üçün riskləri var.
Mövcud risklər barədə Oxu24.com-a açıqlama verən ginekoloq Fəxranə Hüseynzadə bildirib ki, xüsusilə 40 yaşdan sonra qadınlarda hamiləlik və doğuş riskləri əhəmiyyətli dərəcədə yüksəlir.
Onun sözlərinə görə, yalnız ana üçün deyil, körpə üçün də müəyyən təhlükələr ola bilər:
“40 yaşdan sonra hamiləlik zamanı qadınlarda yüksək qan təzyiqi və preeklampsiya vaş verir. Preeklampsiya hamiləlik zəhərlənməsidir. Yaşlı hamilələrdə preeklampsiyaya daha çox rast gəlinir. Bu vəziyyət həm ana, həm də körpə üçün həyati təhlükə yarada bilər.
Eyni zamanda 50 yaşdan yuxarı qadınlarda hamiləlik zamanı diabet riski də artır. Bu da doğuş zamanı ağırlaşmalara, iri çəkili körpəyə və sonradan anada diabet inkişafına səbəb ola bilər”.
Ginekoloqun sözlərinə görə, müəyyən yaşdan sonra ürək və damar sistemi zəifləyir. Bu durum isə hamiləlik zamanı ikiqat təhlükəlidir:
“Hamiləlik ürəyə əlavə yük salır. Bu da ürək çatışmazlığı və ya qəfil ağırlaşmalara səbəb ola bilər. Yaşı çox olan hamiləliklərdə ən çox rast gəlinən təhlükələrdən biri də tromboz, yəni qan laxtalanmasıdır. Hamiləlik özü tromboz riskini artırır, yaş isə bunu daha da gücləndirir”.
Yeganə
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.