DİQQƏT! Qripin A variantı geniş yayılır
11 Yanvar 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3662
28.06.2019, 12:18
Araşdırmalara görə, səkkiz həyat tərzi faktoru müxtəlif səbəblərdən, o cümlədən infarkt və insultdan ölmə riskini təxminən 80 faiz azalda bilər.
Medicina.az bildirir ki, hər il milyonlarla insan ürək-damar xəstəliklərindən ölür. Lakin yeni bir araşdırmaya görə, yalnız bir neçə əsas həyat tərzi vərdişini dəyişməklə bu rəqəmin azaldılması mümkündür.
Amerika Ürək Assosiasiyasının tədqiqatçıları 5 600-dən çox insanın iştirakı ilə araşdırma aparıblar. Bildirilir ki, tədqiqatçılar həyat tərzi seçimlərinin insanın ümumi sağlamlığına necə töhfə verdiyini, orqanizmin və onun hüceyrələrinin bioloji yaşlanmasına necə təsir etdiyini araşdırıblar. Genetik, pəhriz, idman və ətraf mühit də daxil olmaqla, orqanizmin yaşlanmasına çoxsaylı amillər təsir göstərir. Bunlar insanın DNT-sinə təsir edərək izlər qoyur. Elm adamları bu markerləri oxuya və onlardan xərçəng və ya ürək xəstəliyi kimi müəyyən sağlamlıq vəziyyətlərini inkişaf etdirmək ehtimalının göstəriciləri kimi istifadə edə bilərlər.
“Journal of American Heart Association”da nəşr olunan araşdırma üçün tədqiqatçılar 1948-ci ildə başlayan və kardiyovasküler xəstəliklərin inkişaf riskini anlamaq üçün uşaqlar ilə ailələrini izləyən Framingham Ürək Araşdırmasındakı 5 680 iştirakçının DNT-sini analiz ediblər. Onların orta yaşı 56 olub.
Məlumat bazası çox köhnə olduğundan, tədqiqatçılar iştirakçıların ailə tarixi haqqında ətraflı məlumata malik olublar. Bu, onların genetik olaraq ürək xəstəliyinə meylli olub-olmadığını bilməyə imkan verib. Həyat tərzi vərdişlərinə, ailə tarixinə və DNT dəyişikliklərinə nəzər salan tədqiqatçılar müəyyən ediblər ki, həyat tərzi yaxşı olan insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı digər insanlara nisbətən 36 faiz azdır.
Həyat tərzi hətta ürək-damar xəstəliklərinin inkişafına genetik meylli insanlarda belə bütün səbəblərdən ölümləri 80 faiz azaltmağa qadirdir.
Müəyyən edilib ki, səkkiz maddəyə əməl edənlərin ürək-damar xəstəliklərinə tutulma riski 36 faiz daha azdır.
Bu maddələr aşağıdakılardır:
Həmçinin oxuyun
1.Sağlam qidalanmaq
2.Gecələr 7-9 saat yatmaq,
3.Siqaret çəkməmək,
4.İdman etmək,
5.Qan təzyiqini nəzarətdə saxlamaq,
6.Qan şəkərini ani yüksəltməkdən çəkinmək,
7.Xolesterini normada saxlamaq,
8.Normal çəkidə olmaq
Bundan əlavə, yuxarıdakı qaydalara əməl edənlər hətta ailələrində ürək xəstəliyindən əziyyət çəkənlərin olmasına baxmayaraq, infakt və ya və ya insultdan ölüm risklərini 39 faiz azaltmış olurlar.
Professor Jiantao Ma bu səkkiz məsləhətə diqqət yetirməyin yaşınızdan və sağlamlıq vəziyyətinizdən asılı olmayaraq riskləri azalda biləcəyini söyləyir.
18:51 / 13 Yanvar 2026
19
18:49 / 13 Yanvar 2026
20
18:33 / 13 Yanvar 2026
667
18:31 / 13 Yanvar 2026
32
18:19 / 13 Yanvar 2026
38
18:10 / 13 Yanvar 2026
38
18:05 / 13 Yanvar 2026
55
17:55 / 13 Yanvar 2026
39
17:35 / 13 Yanvar 2026
52
17:24 / 13 Yanvar 2026
90
17:23 / 13 Yanvar 2026
57
17:22 / 13 Yanvar 2026
49
17:19 / 13 Yanvar 2026
47
17:10 / 13 Yanvar 2026
49
17:04 / 13 Yanvar 2026
65
17:01 / 13 Yanvar 2026
63
16:58 / 13 Yanvar 2026
43
16:25 / 13 Yanvar 2026
70
16:23 / 13 Yanvar 2026
59
15:18 / 13 Yanvar 2026
796
15:05 / 13 Yanvar 2026
55
15:04 / 13 Yanvar 2026
340
15:03 / 13 Yanvar 2026
85
15:00 / 13 Yanvar 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.