Milli Məclis mühüm qərarlar qəbul edib
12 May 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
551
13.01.2026, 16:58
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb
Məlumatda bildirilir ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub. Xüsusilə, enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Eyni gündə, Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, İtaliya tərəfdən isə nazir müavini Edmondo Çirielli rəhbərlik edib.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.