8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
14 Noyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
711
13.01.2026, 17:10
Yeni Klinikada əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın məhkəməsi başlayıb.
Oxu24.com xəbər verir ki, Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Lakin təqsirləndirilən şəxsin vəkilinin xahişi ilə hazırlıq iclası təxirə salınıb.
Məhkəmənin hazırlıq iclası yanvarın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Nizami rayon prokurorluğunun məlumatına əsasən, ötən il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova klinikaya əməliyyat üçün müraciət edən xəstə Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.
Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılıb. Həmçinin Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada ölüb.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
21:32 / 14 Noyabr 2026
18
21:22 / 14 Noyabr 2026
56
21:11 / 14 Noyabr 2026
258
21:04 / 14 Noyabr 2026
99
21:02 / 14 Noyabr 2026
80
20:56 / 14 Noyabr 2026
76
20:50 / 14 Noyabr 2026
86
20:38 / 14 Noyabr 2026
90
20:23 / 14 Noyabr 2026
812
19:54 / 14 Noyabr 2026
91
19:50 / 14 Noyabr 2026
95
19:36 / 14 Noyabr 2026
1497
19:15 / 14 Noyabr 2026
130
19:12 / 14 Noyabr 2026
126
19:05 / 14 Noyabr 2026
118
18:50 / 14 Noyabr 2026
125
18:43 / 14 Noyabr 2026
134
18:21 / 14 Noyabr 2026
861
18:09 / 14 Noyabr 2026
143
18:06 / 14 Noyabr 2026
570
18:03 / 14 Noyabr 2026
118
17:18 / 14 Noyabr 2026
233
17:15 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.