Orta aylıq əmək haqqı nə qədər artacaq?
14 Noyabr 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
702
13.01.2026, 15:03
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində "Instagram" sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
Oxu24.com ETX-ya istinadən xəbər verir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.
ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.
Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və "Fərdi məlumatlar haqqında" qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.
21:32 / 14 Noyabr 2026
18
21:22 / 14 Noyabr 2026
56
21:11 / 14 Noyabr 2026
258
21:04 / 14 Noyabr 2026
99
21:02 / 14 Noyabr 2026
80
20:56 / 14 Noyabr 2026
76
20:50 / 14 Noyabr 2026
86
20:38 / 14 Noyabr 2026
90
20:23 / 14 Noyabr 2026
812
19:54 / 14 Noyabr 2026
91
19:50 / 14 Noyabr 2026
95
19:36 / 14 Noyabr 2026
1497
19:15 / 14 Noyabr 2026
130
19:12 / 14 Noyabr 2026
126
19:05 / 14 Noyabr 2026
118
18:50 / 14 Noyabr 2026
125
18:43 / 14 Noyabr 2026
134
18:21 / 14 Noyabr 2026
861
18:09 / 14 Noyabr 2026
143
18:06 / 14 Noyabr 2026
570
18:03 / 14 Noyabr 2026
118
17:18 / 14 Noyabr 2026
233
17:15 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.